Yuxarı

Hər həftə Britaniyanın 5 vətəndaşı İŞİD-ə qoşulur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər həftə Britaniyanın 5 vətəndaşı İŞİD radikal qruplaşması sıralarına qoşulmaq üçün Suriya və İraqa yollanır.

Axar.az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə "Skotland-yard"ın başçısı Bernard Hoqan-Hau məlumat verib.

Onun sözlərinə görə, hazırda Böyük Britaniyanın 500 vətəndaşı münaqişədə iştirak etmək üçün Suriya və İraqa yollanıb. "Çoxları qayıdıb və çoxları da yaxın aylarda, ola bilsin, növbəti illərdə qayıtmaq istəsin", - deyə London polisinin rəhbəri qeyd edib.

O bildirib ki, 2014-cü ildə terror fəaliyyətinin təhqiqatı ilə əlaqədar 218 nəfər həbs olunub. Bu göstərici son üç ildə 70 % artıb.

Xatırladaq ki, BMT-nin məlumatına görə, İŞİD-in törətdiyi qanlı olaylar nəticəsində 2011-ci ilin martından indiyədək 200 min adam həyatını itirib.

Tarix
2014.10.22 / 17:40
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla