Yuxarı

Azərbaycan və Litva arasında 4-cü iclas keçirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ilə Litva arasında əlaqələr uğurla inkişaf edir, iqtisadi əməkdaşlıq genişlənir. Ölkələrimiz arasında bu ilin yanvar-iyun aylarında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1,9 dəfə artaraq 25,1 milyon ABŞ dollarına çatıb.

Vergilər Nazirliyindən Axar.az-a verilən məlumata görə, bununla bağlı oktyabrın 22-də Şəmkirdə Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasında ətraflı məlumat verilib.

Nazir, Hökumətlərarası Komissiyanın həmsədri Fazil Məmmədov Hökumətlərarası Komissiyanın son iclasından ötən müddət ərzində görülmüş işlərdən danışıb. F.Məmmədov bu dövrdə ölkələrimizin dövlət və hökumət qurumlarının, işgüzar dairələrin nümayəndələrinin iştirakı ilə çoxsaylı səfərlərin olduğunu, ikitərəfli əlaqələrin genişləndiyini xatırladaraq deyib: "Azərbaycan ilə Litva arasında gənclər və idman, eləcə də mədəniyyət və turizm sahələrində əməkdaşlıq daha intensiv inkişaf edib. Hər iki ölkənin gənclərinin qarşılıqlı səfərləri təşkil olunub, müxtəlif sərgilər keçirilib. Litvalı ekspertlər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Azərbaycanın turizm potensialının gücləndirilməsi ilə bağlı Tvinninq layihəsinə yaxından dəstək göstərib".
Nazir məhz Litvanın Avropa Şurasında sədrliyi dövründə Azərbaycan ilə Avropa İttifaqı arasında vizaların sadələşdirilməsinə dair razılaşmanın imzalanmasının mühüm hadisə olduğunu qeyd edib.

Komissiyanın Litva tərəfdən həmsədri, Litva Respublikasının xarici işlər naziri Linas Linkeviçius ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu bildirib.

Tərəflər hər iki ölkənin iqtisadi durumu, ikitərəfli münasibətlərin inkişaf perspektivləri, müqavilə-hüquq bazasının inkişafı, energetika, kənd təsərrüfatı və ekologiya, gənclər və idman, mədəniyyət və turizm, təhsil və elm, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları, gömrük, səhiyyə sahələrində, eləcə də Azərbaycan və Litvanın regionları arasında əməkdaşlıq məsələləri ətrafında geniş müzakirələr aparıblar.
İclasın sonunda Azərbaycan ilə Litva arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov və Litva Respublikasının xarici işlər naziri Linas Linkeviçius imzalayıblar.
İclas çərçivəsində 8-ci Azərbaycan-Litva biznes forumu da keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, İKT, energetika, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən 70-dək iş adamı iştirak edib.

Forumda vergilər naziri Fazil Məmmədov Azərbaycandakı investisiya mühiti barədə məlumat verib, ölkəmizdə makroiqtisadi sabitliyin mövcud olduğunu, iqtisadiyyatın davamlı inkişaf etdiyini, yaradılan əlverişli biznes mühitinin iş adamları arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün geniş imkanlar açdığını vurğulayıb. Nazir qeyri-neft sektorunun inkişafına xüsusi önəm verildiyini bildirib, bu sahədəki mövcud potensialı nəzərə alaraq, biznes-forumda iştirak edən iş adamlarını Azərbaycan sahibkarları ilə fəal əməkdaşlığa dəvət edib.
Litva Respublikasının xarici işlər naziri Linas Linkeviçius belə biznes forumların təşkil edilməsinin ənənəyə çevrilməsini vurğulayaraq bildirib ki, coğrafi baxımdan ölkələrimiz arasında məsafə kifayət qədər böyük olsa da, bu, əməkdaşlığa mane olmur. Yeni tərəfdaşlıq sazişlərinin əldə olunması tərəflərin qarşılıqlı investisiyalarda maraqlı olduğunun göstəricisidir. İnformasiya texnologiyaları, maliyyə, tikinti, enerji, elektronika, nəqliyyat və logistika sektorlarında böyük biznes əlaqələrinin qurulması üçün geniş imkanlar olduğunu diqqətə çatdıran L.Linkeviçius qeyd edib ki, Litva-Azərbaycan Hökumətlərarası Komissiyası ikitərəfli əlaqələrin inkişafında və hökumət səviyyəsində biznes prioritetlərinin dəstəklənməsində səmərəli fəaliyyət göstərir.

Biznes Forumda Azərbaycanın və Litvanın iqtisadi inkişafı, investisiya imkanları və əməkdaşlıq potensialı barədə ətraflı məlumat verilib. Hər iki tərəfdən müxtəlif layihələrin, o cümlədən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təqdimatları keçirilib. Biznes forum iş adamları arasında yeni əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə başa çatıb.

Bu görüşlərdən sonra Azərbaycanın Şəmkir şəhəri ilə Litvanın Şaulyay şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması barədə Niyyət Protokolu imzalanıb. Sənədi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və Şaulyay şəhərinin meri Yustinas Sartauskas imzalayıblar.

Tarix
2014.10.22 / 20:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla