Yuxarı

Atatürkün doğulduğu şəhərdən diqqət çəkəcək təklif gəldi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mustafa Kamal Atatürkün dünyaya gəldiyi Selanik şəhərindən maraqlı təklif gəlib.

Axar.az xəbər verir ki, şəhərin bələdiyyə rəhbəri Yannis Butaris Serbiya-Albaniya matçının Selanikdə keçirilməsini təklif edib. Butaris Selaniki sülh şəhəri adlandıraraq qalmaqallı keçən matçın Yunanıstanda oynanılmasının məqsədə uyğun olduğunu deyib.

Butaris UEFA-ya məsələ ilə bağlı hər hansı bir müraciət etmədiklərini bildirərək Selanikdə xalqların bir-birinə düşmən olmadıqlarını, sülh içərisində birlikdə yaşadığı bir şəhər olduğunu qeyd edib.

Xatırladaq ki, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Serbiya - Albaniya oyunu yarımçıq dayandırılıb. Buna səbəb azarkeşlərin hərəkəti olub. İlk hissənin sonlarında Albaniyanın bayrağını uçurublar. Meydan sahiblərinin müdafiəçisi Stefan Mitroviç tullanaraq bayrağı yerə salıb. Bundan sonra komandaların futbolçuları arasında mübahisə yaranıb. Serbiyalı azarkeşlər fayerlər yandıraraq meydana atıblar. Nəticədə görüş qeyri-müəyyən müddətə dayandırılıb.

Tarix
2014.10.22 / 21:10
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla