Yuxarı

Jirinovski prezidentin ölümündə mərhumu günahlandırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən təyyarə qəzasında həlak olan Fransanın "Total" neft şirkətinin prezidenti Kristof dö Marjerinin ölümü ilə bağlı Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski açıqlama verib.

Axar.az Lenta.ru-ya istinadən xəbər verir ki, Jirinovski təyyarə qəzasında qartəmizləyən maşının sürücüsünün qəzanın baş verməsində günahının olmadığını deyib.

Jirinovski günahın pilotda olduğunu bildirib:

"Pilot günahkardır, həmçinin aeroport heyəti. Hava dumanlı idi, uçuşa icazə vermək olmazdı. Günahkar mərhumdur... Sən gecə yarısı niyə uçursan?"

Belə qəzaların əsas səbəblərindən birinin insan xəsisliyi olduğunu bildirən Jirinovski pilotun qazanca görə pis hava şəraitində uçduğunu vurğulayıb.

Xatırladaq ki, dünyanın ən iri neft konsernlərindən olan "Total"ın prezidenti Kristof dö Marjeri Moskvanın "Vnukovo" hava limanında şəxsi təyyarəsi ilə qəzaya uğrayaraq həlak olub. Baş vermiş faciə ilə əlaqədar həm Rusiyada, həm də Fransada istintaq işi açılıb.

Tarix
2014.10.22 / 22:36
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla