Yuxarı

Şadlıq sarayları üçün “əcəl zəngi”: Nazirlik hərəkətə keçdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şadlıq sarayları üçün "əcəl zəngi" çalınır. Toy mərasimlərində israfçılığa qarşı rəsmən mübarizə tədbirlərinə start verilməsi restoran sahiblərini təşvişə salıb. Artıq israfçılıq edən şadlıq evlərinə cərimə tətbiq olunacağı haqda Axar.az-ın yazdıqları təsdiqlənməkdədir.

İlk olaraq şadlıq saraylarına 3-4 min manat civarında cəza kəsiləcəyini yazmışdıq. Oktyabrın 20-də Qafqaz Müsəlmanlar İdarəsinin, ardınca İqtisadiyyat və Sənaye Nazirliyinin yaydığı məlumatlar da yazdıqlarımızın rəsmi təsdiqi hesab oluna bilər.

Deməli, yaxın günlərdə toy mərasimləri islahatlarına başlanacaq.

Əldə etdiyimiz məlumata görə, toy israfçılığına son qoyulması ən yüksək eşalonda qəbul olunmuş qərardır. Hökumət rəsmiləri yaranmış vəziyyətin getdikcə pisləşdiyini proqnozlaşdırıb, bu addımı atıblar.

Belə ki, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna uyğun olaraq, istehlakçıların malları və xidmətləri sərbəst seçmək, keyfiyyətli və təhlükəsiz mallar və xidmətlər almaq, almaq istədiyi mallar və xidmətlər barədə dolğun və düzgün məlumat əldə etmək və sair hüquqları var.

Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin yaydığı məlumatda deyilir. Qanuna əsasən, istehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etmək qadağandır. İstehlakçıya hər hansı bir mal və xidmətin satışı digər mal və xidmətin alınması ilə şərtləndirilə bilməz. İstehlakçı satıcının süni surətdə yaratdığı dəstdən ona lazım olan malı almaq hüququna malikdir.
Şənlik məclisi təşkil etmək istəyənlərə hüquqlarının qorunması üçün aşağıda qeyd olunanlara diqqət yetirmələri tövsiyə olunur:

- Məclislərin keçirilməsi üçün şadlıq evinə sifariş verilməzdən əvvəl obyektin vəzifəli şəxsi tərəfindən təsdiq edilmiş və göstərilən xidmətlərin adları, xassələri, qiymətləri və digər şərtləri əks olunmuş qiymət cədvəllərinin (menyunun) təqdim olunmasına;

- Qonaqlara təqdim etmək istədiyiniz yeməklərin, alkoqollu və sərinləşdirici içkilərin, desertlərin və s. siyahısına yalnız müəyyən etdiyiniz malların daxil edilməsinə;

- Məclisdə səsləndirmək istədiyiniz musiqi, əyləncəli proqramlar, rəqs nömrələri, kəbin kəsilməsi və s. xidmətlərin siyahısının yalnız müəyyən etdiyiniz xidmətlərdən ibarət olmasına;

- Məclisdə qonaqlara təqdim etmək istədiyiniz yeməklərin, alkoqollu və sərinləşdirici içkilərin, desertlərin və göstəriləcək xidmətlərin və s. konkret adı, miqdarı, qiyməti və s. əks olunmuş müqavilə bağlanılmasına;
- Göstərilmiş xidmət müqabilində ödədiyiniz məbləği təsdiq edən ödəniş sənədlərinin (kassa çeki, qəbz) ödəniş edildikdən dərhal sonra təqdim olunmasına.

Bu tələblərə əməl olunarsa, təşkil etdiyiniz məclis əsl şənlik əhval-ruhiyyəsi yaradacaq, uzun müddət xoş təəssüratla xatırlanacaq.

Məclislərin təşkili zamanı hüquqlarınızı pozan, o cümlədən sizi əlavə çeşiddə mal və ya xidmət almağa məcbur etməyə cəhd edən şadlıq evləri barədə 498-15-01 və ya 498-15-04 saylı telefonlarla İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və ya 195-2 telefon nömrəsi ilə Nazirliyin Telefon Məlumat Mərkəzinə müraciət etməyiniz xahiş olunur.

Tarix
2014.10.23 / 00:40
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla