Yuxarı

SOCAR-ın Rusiya əleyhinə bəyanatı səbəbsiz deyil

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qaz ixracı məsələsində Azərbaycanın öz maraqları var və bu Rusiyanın maraqları ilə müəyyən məqamlarda ziddiyət təşkil edir".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Ərəstun Oruclu söyləyib. O, Rusiyanın Azərbaycan qazının Avropaya çıxarılmasında maraqlı olmadığını bildirib:

"Avropa enerji diversifikasiya siyasətində, enerji asılılığının aradan qaldırılmasında əsas partnyorlardan biri kimi Azərbaycanı götür. Bu istiqamətdə müəyyən işlər gedir. İndi İran qazının da Avropaya çıxarılması məsələsi gündəmə gəlir. Digər ölkələrin də buraya qoşulması mümkündür. Transxəzər məsələsi aktuallaşır. Bu günlərdə Rusiya onunla bağlı bəyanat verdi. Bu məqamlara baxanda, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun açıqlaması tamamilə anlaşılandır. Çünki Azərbaycan qazının və bizim qaz paylayıcı şəbəkəsinə qoşulacaq ölkələrin qarşısını almağın metodlarından biri də budur. Onların bunun üçün elə İtaliyanın özündə də müəyyən qrupları var. Əgər Elşad Nəsirov belə bəyanat verirsə, deməli, bunun üçün çox ciddi əsaslar var. Rusiya Azərbaycanın maraqlarını bütün vasitələrlə blok etməyə çalışır. Bir də Xəzərin statusu məsələsi var.

Hesab edirəm ki, iqtisadi maraqlarda ziddiyət var və həmişə olacaqdır. Çünki hər iki ölkə qaz ixrac edir. Onlardan biri Avropada qaz payının 38-40%-nə sahibdir, digəri isə öz qazı və qonşu dövlətlərin enerji ehtiyatlarını Avropaya nəql etməkdə maraqlıdır. Bu, maraqların toqquşmasıdır. Azərbaycan tərəfindən də Rusiya ilə münasibətlərdə istiləşməyə rəğmən bu cür açıqlama verilməsi normaldır. Çünki hər bir dövlətin özünün maraqları var".

Qeyd edək ki, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov İtaliyanın "L'Espresso" qəzetinə müsahibəsində Azərbaycanın Avropaya qaz ixracı məsələsində "Qazprom"la maraqlarının toqquşduğunu bildirmişdi. O, Avropada Bakıya qarşı qaralama kompaniyasının arxasında Rusiyanın dayandığını söyləmişdi.

Tarix
2014.10.23 / 08:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla