Yuxarı

Reklam mesajları qadağan edilə bilər – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hesab edirəm ki, abonentlərin hüquqlarının pozulması hadisəsi kimi özünü göstərən bu məsələ qanunvericilik qaydasında tənzimlənməlidir".

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc razılaşdırılmamış reklam mesajları ilə bağlı məsələyə aydınlıq gətirərkən söyləyib. O, mobil operatorların hər hansı qurumların marağını təmin edəcək bu cür mesajlardan istifadə etməsinin doğru olmadığını bildirib:

"Parlament həmkarlarımdan biri tərəfindən bu məsələ qaldırılmışdı. Hər kəs onu müdafiə etmişdi. Hesab edirəm ki, haqlı olaraq abonentlərin hüquqlarının pozulması hadisəsi kimi özünü göstərən bu məsələ qanunvericilik qaydasında tənzimlənməlidir, yoluna qoyulmalıdır. İş ondadır ki, mobil daşıyıcılarının hamısına bu cür mesajlar gəlir. Bu azmış kimi, onların müxtəlif əhval-ruhiyyəsi və psixoloji effekti olur. Bundan da əlavə xarici ölkələrdə olarkən, rominq xidmətində onlar müxtəlif ödənişlərə səbəb olur, yəni konkret olaraq onun xərci yaranır. Bu isə çox cüzi, gözəgörünməz ola bilər. Amma hər bir halda vətəndaşın balansına hansısa yardımlar etməyən operatorların ixtiyarı yoxdur ki, onun balansına bu cür xərclər yaratsın. Ona görə düşünürəm ki, biz bu məsələni tətbiq eləməliyik. Bu yarıtmaz bir şeydir. Əgər Rusiya qanunvericiləri bunu gerçəkləşdirirsə, deməli, daha nümunəvi model yaranır, o modeli götürüb bizdə də tətbiq eləmək lazımdır".

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Müşfiq Əmirov isə Axar.az-a açıqlamasında bu məsələyə nazirlikdə də baxılma ehtimalının olduğunu deyib:

"Bununla bağlı əvvəlcə mobil operatorlarla danışmaq lazımdır. Bunları təşkil edən onlardır. Onu nazirlik təşkil eləmir. Yəqin ki, bu məsələyə bizdə də baxıla bilər".

Qeyd edək ki, oktyabrın 21-dən başlayaraq Rusiyada mobil telefon abunəçisinə razılaşdırılmamış reklam mesajı göndərmək mümkün deyil. Belə ki, reklam mesajlarını göndərmək üçün operator abunəçi ilə ayrıca müqavilə bağlamalıdır. Abunəçinin razılığı olmadan onun nömrəsinə reklam tipli mesaj göndərilərsə, Anti-inhisar Xidməti operatorla bağlı ölçü götürəcək.

Tarix
2014.10.23 / 11:47
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla