Yuxarı

Azərbaycanlı alpinistin meyiti tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Himalay dağlarında həlak olan azərbaycanlı alpinist Murad Aşurlunun cənazəsi tapılaraq helikopterlə Nepalın paytaxtı Katmanduya gətirildiyi bildirilir.

Musavat.com-un məlumatına görə, M.Aşurlu ilə eyni ekspedisiyada olan yoldaşları deyiblər ki, Murad qrupla birlikdə məşhur Ama Dablam dağından enərkən qoruyucu kəndir qırılıb və o, 300-400 metr yüksəklikdən qayaların üstünə düşüb.

Hava şəraiti pis olduğundan onu hadisə baş verən kimi axtarmaq mümkün olmayıb. Murad Aşurlunun meyiti ertəsi gün xilasedici helikopter komandası tərəfindən qaldırılıb.

Bundan əvvəl verilən xəbərlərdə Murad Aşurlunun itkin düşdüyü barədə məlumat verilmişdi. Onun axtarışında iştirak etmək üçün qardaşı, Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu da Nepala yollanmışdı.

Mətbuat xəbər verir ki, Azərbaycanın ən təcrübəli alpinistlərindən olan Murad Aşurlu 2007-ci ildə Şimali Amerikanın ən yüksək zirvəsi olan McKinley-ni fəth etmişdi.

O, 2013-cü ildə dünyanın ən yüksək zirvəsi olan Everesti fəth etmiş üçüncü Azərbaycan alpinisti olmuşdu. 42 yaşlı alpinist təhsilini Moskvada almışdı və son illərdə ABŞ-dakı aparıcı telekommunikasiyalar şirkətlərindən birində çalışırdı.

Tarix
2014.10.23 / 11:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla