Yuxarı

Mətbuat katibi işdən çıxmağının səbəblərini açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bir neçə gün öncə komitə rəhbərliyi tərəfindən mənim fəaliyyətimi Qubada (Şimal bölgəsi) davam etdirməyim təklif olundu".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Dini Qurumlarla İş üzrə Komitənin Mətbuat Xidmətinin keçmiş rəhbəri Orxan Əli öz Feysbuk səhifəsində çıxış edib.

O, mətbuatda onunla bağlı yayılan informasiyalarda bəzi yanlışlıqlara yol verildiyini deyib:

"Hörmətli dostlar! Əziz jurnalist həmkarlarım! Mənim Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat katibi vəzifəsindən azad olunmağımla bağlı mətbuatda məlumat yayılıb. Lakin xəbərdə bir sıra yanlışlıqlar var ki, buna aydınlıq gətirmək istəyirəm. "Trend" İnformasiya agentliyinin "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb" adlı xəbərində deyildiyi kimi "kənarlaşdırılma" deyil, öz ərizəmlə işdən azad olunmuşam. Məsələ bundadır ki, Dövlət Komitəsində Mətbuat katibi üçün ştat olmadığından mən rəsmi olaraq Şimal bölgəsi üzrə aparıcı məsləhətçi olmuşam və Mətbuat katibi vəzifəsini icra etmişəm. Bir neçə gün öncə komitə rəhbərliyi tərəfindən mənim fəaliyyətimi Qubada (Şimal bölgəsi) davam etdirməyim təklif olundu. Mövcud şəraitim buna imkan vermədiyi üçün öz ərizəmlə işdən azad olundum. Xəbərdə olan digər yanlışlıq isə mənim "2012-ci ilin iyun ayından" bu vəzifədə çalışmağımdır. Mənim Komitədə fəaliyyətim iyun ayından deyil, rəsmi olaraq sentyabr ayından başlayıb. Hər birinizə göstərdiyiniz diqqət üçün təşəkkür edirəm. Xüsusən də bu 2 ildə birbaşa komitə ilə işləyən jurnalistlərə xüsusi minnətdarlığımı bildirirəm".

Tarix
2014.10.23 / 13:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla