Yuxarı

Bankların qənimlərinə cinayət işi açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaşları aldadaraq evlərini girov qoymaq yolu ilə banklardan külli miqdarda pul vəsaitlərini talayan dəstə üzvlərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, istintaq zamanı Gəncə şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rafael Əbdürəhmanovun 2008-2009-cu illər ərzində "Kapitalbank" ASC-nin 2 saylı Yasamal filialının müdiri İlham Qasımov, "Azəriqazbank" ASC-nin Gəncə filialının müdiri Seymur Həsənov, həmin filialın xəzinədarı Nahid Allahverdiyev, kredit şöbəsinin mütəxəssisi Elmir Qurbanov, "Royalbank" ASC-nin Tovuz filialının müdiri Ədalət Müseyibov və digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Bakı və Gəncə şəhər sakinlərinin etibarlarından sui-istifadə edib onları aldadaraq evlərini banklara girov qoymaqla adlarına külli miqdarda pul vəsaitlərini rəsmiləşdirərək mənimsəmə və israfetmə yolu ilə talamasında, habelə Tovuz rayon sakinlərinin adlarına saxta kredit müqavilələri və digər kredit sənədlərinin tərtib olunması yolu ilə qeyd edilən və digər bankların ümumilikdə 2 milyon 468 min manat məbləğində külli miqdarda əmlakını ələ keçirmələrində əsaslı şübhələr olduğundan Rafael Əbdürəhmanova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), Ədalət Müseyibova və Zöhrab Bayramova 179.3.2-ci maddəsi ittiham edilməklə barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbirləri, cinayətin digər (cəmi 15 nəfər) iştirakçılarına isə CM-in 178.3.2, 179.3.2, 308.2 və digər maddələri ilə ittiham elan edilməklə barələrində həbslə bağlı olmayan digər qətimkan tədbirləri seçilib.

Vətəndaşlara və digər hüquqi şəxslərə dəymiş ziyanın istintaq zamanı qismən ödətdirilməsi təmin edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Tarix
2014.10.23 / 13:36
Müəllif
Günay Ali
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla