Yuxarı

Ottavadakı atışma İŞİD-in ABŞ-a siqnalıdır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ottavadakı atışma radikal islamçıların ABŞ-a yönlənmiş həyəcan siqnalından başqa bir şey deyil.

Axar.az RİA Novosti-yə istinadən bildirir ki, bu fikri "Alfa" qrupu Veteranları Assosiasiyasının prezidenti Sergey Qonçarov səsləndirib.

"Bu insident radikal islamçıların Kanadada hərçilərə ilk hücumu deyil. Radikal islamçılar artıq dəfələrlə bildiriblər ki, ABŞ və onun müttəfiqlərinə qarşı qarşılıqlı cəza aksiyaları təşkil edəcəklər. Kanada-Amerika sərhədlərinin şəffaflığını nəzərə alsaq, Ottavadakı insidentə terrorçuların həyəcan siqnalı kimi baxmaq olar və məhz belə də baxmaq lazımdır", - deyə Qonçarov bildirib.

Onun fikrincə, Qərb belə bəyanatları diqqətdən kənarda saxlamamalıdır:

"Bədbin olmaq istəmirəm, lakin belə düşünürəm ki, Ottavadakı faciə Kanada və ABŞ-da törədiləcək son terror aktı olmayacaq. Elə təkcə ölkənin Baş nazirinin parlament binasında olduğu an silahlı terrorçunun xüsusi mühafiə olunan parlament binasına belə asanlıqla keçə bilməsi Qərb üçün mümkün qədər tez öyrənilməsi gərəkən bir dərs olmalıdır. Təəccüblüdür ki, İŞİD-ə qarşı ABŞ-la koalisiyaya rəsmən daxil olan Kanada özünün təhlükəsizliyi məsələsində belə səhlənkarlığa yol verir. Mən qərbli həmkarlarıma məsləhət görərdim ki, gözlərindən tiri çıxartsınlar və artıq dərk etsinlər ki, Ottavadakı atışma nə isə unikal bir hadisə deyil, tendensiyaya çevrilməyə başlayır".

Tarix
2014.10.23 / 13:42
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla