Yuxarı

Neft daşlarında partlayış: 4 nəfər öldü - Rəsmi/Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:16

N.Nərimanov adına NQCİ-nin ərazisində 441 saylı qəzalı meydançada uçqun baş verib.

Neft şirkətindən Axar.az-a verilən məlumata görə, uçqun nəticəsində meydançada olan vaqon evcik dənizə düşüb və meydançanın üstündən keçən 700 diametrlik boru kəmərinin qırılması nəticəsində yanğın baş verib.

Yanğının qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları, "Vixır-5" yanğınsöndürən gəmisi və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri cəlb olunmuşlar. Hadisənin səbəbləri araşdırılır, müvafiq məlumat veriləcəkdir.

22:02

Oktyabrın 23-ü, saat 12.00 radələrində "Azneft" İstehsalat Birliyi N.Nərimanov adına NQCİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən uçqun baş verib.

Axar.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə nəticəsində meydançada olan vaqon evcik dənizə düşüb, meydançanın üstündən keçən 700 diametrlik boru kəməri qırılıb və yanğın hadisəsi baş verib.

Dərhal FHN-nın müvafiq qurumları hadisə yerinə cəlb edilib və yanğın saat 12.45 radələrində söndürülüb. Qəza nəticəsində itkin düşmüş 4 nəfər işçidən üçünün cəsədi hadisə yerindən 2 kilometr aralıda ARDNŞ-nin və FHN-in dalğıcları tərəfindən dənizin dibindən tapılaraq, sahilə çıxarlıb. İtkin düşmüş 1 nəfərin axtarışı isə xilasedicilər tərəfindən davam etdirilir. Nəticə barədə əlavə məlumat veriləcəkdir.

Tarix
2014.10.23 / 22:02
Müəllif
Günay Ali
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla