Yuxarı

Qış vaxtına keçid enerjiyə qənaətə imkan verəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əqrəblərin çəkilməsi mövsüm ərzində 4 faiz enerjiyə qənaət edilməsinə imkan verir".

Bu sözləri Axar.az-a iqtisadçı ekspert Vüqar Bayramov oktyabrın sonuncu həftəsi saat əqrəblərinin bir saat geri çəkilməsi ilə qış vaxtına keçməsinin təsirləri barədə danışarkən bildirdi.

Ekspertin sözlərinə görə, iqtisadi baxımdan bu qərarların əsas səbəbi yeni sistemə keçməklə enerjiyə qənaət etmək imkanının və eləcə də vətəndaşların yeni fəslə adaptasiya edilməsi baxımından əhəmiyyəti ilə bağlıdır:

"Əqrəblərin çəkilməsi enerjiyə qənaət edilməsinə imkan verir. Bu, bütün ev təsərrüfatları daxil olmaqla, təxminən 50 milyon manata yaxın qənaət deməkdir. Həmçinin, aqrar sektorun işləmək imkanlarını genişləndirir. Çünki aqrar sektorda iş daha tez başlayır".

V.Bayramovun fikrincə, saat əqrəblərinin geri çəkilməsi beynəlxalq sərnişin və yük daşımalarında da beynəlxalq standartlara uyğunlaşmaya imkan verir:

"Bununla da bu nəqliyyat növünün mənfəətlə işləməkdə davam etməsinə imkan yaradır. İnsanların psixoloji olaraq mövsümü dəyişiliklərə uyğunlaşdırılmasına imkan verir ki, bu da əmək məhsuldarlığını artırır və iqtisadiyyata müsbət təsir göstərir".

Qeyd edək ki, oktyabr ayının son bazar günü saat 05.00-da saatların əqrəbləri 1 saat geri çəkiləcək. Bununla da ölkə qış vaxtına keçəcək.

Tarix
2014.10.23 / 14:40
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla