Yuxarı

Zakir Həsənov Azərbaycanın hərbi gəmilərində - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri general-polkovnik Zakir Həsənov əsaslı təmirdən çıxaraq daha güclü mühərrik və qurğularla təmin edilmiş Hərbi Dəniz Qüvvələrinin gəmilərində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata əsasən, hərbi gəmilərin daimi yerləşmə məntəqəsinə gələn Müdafiə nazirini Hərbi Dəniz Qüvvələri komandanının vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Şahin Məmmədov qarşılayıb və gəmilərin hazırlığı barədə məruzə edib.

Hərbi gəmilərin taktiki-texniki xüsusiyyətləri, silahlanması, düşmənə qarşı mübarizə vasitələri, komanda məntəqələri, o cümlədən təhlükəsizlik, qəza-xilasetmə, maddi-texniki təminat bölmələri barədə Müdafiə nazirinə məlumat verilib. Bildirilib ki, gəmi heyətinin yerləşməsi, qidalanmasının təşkili, vaxta xidmətinin aparılması, həmçinin həyati vacib digər qurğular yenidən təşkil edilməklə şəxsi heyətin müasir standartlara cavab verən şəraitdə xidmət keçməsi təmin olunub.

Sonra gəmilərin daimi yerləşmə məntəqəsindən dənizə çıxışı həyata keçirilib. Tapşırığa əsasən şərti terrorçuların ələ keçirdiyi gəminin şəxsi heyətinin xüsusi təyinatlılar tərəfindən azad edilməsi elementi icra olunub.

Gəmilərin ümumi vəziyyətini və şəxsi heyətin bacarıqlarını müsbət qiymətləndirən Müdafiə naziri bildirib ki, bütün bu nailiyyətlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində əldə edilib. Nazir Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığının daha da artırılması və gəmi heyətinin sosial şəraitinin yaxşılaşdırılması barədə müvafiq göstəriş və tapşırıqlarını verib.

Tarix
2014.10.23 / 15:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla