Yuxarı

Ronaldo: “Messi ilə buna çox yaxınıq”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Madridin "Real" klubunun futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsində "Liverpul" ilə matçdan (3:0) sonra qeyd edib ki, bombardir kimi rekord müəyyən edəcəyinə arxayındır.

AzərTAc xəbər verir ki, Ronaldo rekordu təzələyəcəyinə əmindir.

"Bu, mənim "Enfild" stadionunda vurduğum ilk qol oldu. Özümü son dərəcə xoşbəxt hiss edirəm. Bu stadionda oynamağın asan olmayacağını başa düşürdük, lakin görüşün ilk 45 dəqiqəsini fantastik səviyyədə keçirdik və layiqli qələbə qazandıq.

Çempionlar Liqasının bombardiri kimi rekord müəyyən edəcəyimə çox da şübhə etmirəm. Bilirəm ki, bu rekordu təzələyəcəyəm. Lionel Messi və mən rekorda çox yaxınıq.

İndi əsas məsələ "Real"ın 9 xal yığmasıdır. Biz öz titulumuzu qoruyub saxlaya biləcəyikmi? Niyə də yox? Biz matçdan-matça irəliləyirik, lakin Çempionlar Liqasında yenidən qalib gəlməyə çalışacağıq", - Ronaldo deyib.

Madridin "Real" komandasının hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının ən yaxşı bombardiri olmaq üçün 2 qol vurmalıdır. Hazırda bu rekordun sahibi Rauldur. O, Çempionlar Liqasında 71 qol vurub.

Tarix
2014.10.23 / 16:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla