Yuxarı

Türkiyənin Müdafiə Nazirliyi Naxçıvan hərbi təlimini izlədi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 21-i və 22-də Ərzurum şəhərində yerləşən Türkiyə Respublikası Silahlı Qüvvələrinin Ordu Korpusunun komandiri general-polkovnik Şərəf Önqayın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan şəhərində səfərdə olub.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, nümayəndə heyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin muzeyini ziyarət ediblər. Sonra qonaqlar Şəhidlər xiyabanını və Türk şəhidləri abidəsini ziyarət edərək öz ehtiramlarını bildiriblər.

Nümayəndə heyətini qərargahda qəbul edən Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev türkiyəli qonaqların Naxçıvana səfərini iki qardaş ölkə arasında hərbi sahədə əlaqələrin inkişafı kimi dəyərləndirib. Görüşdə hərbi əməkdaşlığın daha da genişləndirilməsi və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Türkiyəli hərbçilər Əlahiddə Ümumqoşun Ordusunun N saylı hərbi hissəsinə gedərək şəxsi heyətin sosial-məişət şəraiti, döyüş hazırlığının səviyyəsi ilə tanış olub, yeni açılmış Təlim və Tədris Mərkəzinə baş çəkib, poliqonda bölmələrlə keçirilən taktiki təlimləri izləyiblər.

Tarix
2014.10.23 / 22:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla