Yuxarı

Məscidlə bağlı iddia Tiflisin gülünc bəhanəsidir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Belə bir xəbər yayılmışdır ki, Gürcüstanın Ahıska mahalının Adgeni rayonunun Moxe kəndində təmir edilən məscid yerli müsəlman və xristianların qarşıdurmasına səbəb olub".

Axar.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Fazil Mustafa öz Feysbuk hesabında çıxış edib. Onun sözlərinə görə, Ahıska türkləri olan yerli müsəlmanlar kəndə etiraz edərək hazırda təmir edilən binaya məscid statusunun qaytarılmasını tələb ediblər:

"Hadisə zamanı polislə toqquşma baş verib. Polisin bildirdiyinə görə, aksiya iştirakçıları polis avtomobillərinə zərər vurublar, 15-ə yaxın Ahıska türkü həbs edilib. Hadisədən sonra Gürcüstan Baş naziri İrakli Qaribaşvili xüsusi bəyanatla çıxış edib və bildirib ki, yerli xristianlar həmin məscidin pravoslav kilsəsinin xarabalıqları üzərində tikildiyini iddia edirlər. Həmin məscid sovet illərində bağlanaraq mədəniyyət evinə çevrilib. Baş nazir bildirib ki, münaqişədən qaçmaq üçün binanın bərpa edilərək kitabxanaya çevrilməsi qərara alınıb ki, hər iki dinin təmsilçiləri istifadə edə bilsinlər. Bu məsələyə heç də Gürcüstanın daxili işləri kimi baxmaq doğru olmazdı. Məncə, həm Türkiyənin, həm də Azərbaycanın rəsmiləri öz etirazlarını Gürcüstan iqtidarına çatdırmalıdırlar. Çünki eyni bəhanə sabah orada yaşayan Azərbaycan türklərinə qarşı da gətiriləcəkdir. Faktiki olaraq Mədəniyyət evinə çevrilmiş məscidin binası var. Onun yaxınında harada istəyirsiniz kilsənizi də tikin. Ancaq binanın guya əvvəllər kilsənin xarabalıqlarında tikildiyini iddia etmək gülünc bir bəhanədir. Kitabxana da vacibdir, ancaq bunu məscidin yerində tikmək deyə bir zərurət yoxdur".

Millət vəkili bildirib ki, Türkiyə hökuməti Kobanidə kürdlərə göstərdiyi qayğının cüzi bir hissəsini də bu biçarə Ahıska türklərinə göstərərək məsələyə öz mövqeyini ortaya qoymalıdır:

"Ermənilər gürcülərə qarşı Cavaxetiyada torpaq iddiası ilə çıxış edirlər. Abxazlar, osetinlər bu iddialarını rusların köməyi ilə gerçəkləşdiriblər. Belə bir iddia ilə çıxış etməyən tək Azərbaycan və Ahıska türkləridir. Özlərinə müttəfiq olan insanları incitməyin Gürcüstanın faydasına olduğunu təsəvvür edə bilmirəm. Məsələnin törədəcəyi fəsadlar məncə Gürcüstan hökuməti ilə dostcasına müzakirə edilməlidir və Ahıska türklərinə məscidlərini bərpa etmək haqqı tanınmalıdır".

Tarix
2014.10.24 / 00:17
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev forumda iştirak edir

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla