Yuxarı

İki günün şoku: bacının başı kəsilir, ana qətl edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son iki gündə baş verən qətllərdən hamı şokdadır. Ölkədə film kimi cinayətlərin statistikası və rəngləri dəyişməkdə davam edir.

Axar.az xatırladır ki, Goranboyda 7 nəfəri qətlə yetirən Səfikürd kənd sakini Rafiq Hüseynovun qətliamı unudulmaq üzrədir. Bu da səbəbsiz deyil. Çünki oktyabrın 22 və 23-də baş verən qətllər Goranboy hadisəsini arxa planda qoyub. Beləliklə, Markesin "Gözlənilən qətlin tarixçəsi" Azərbaycanda real motivlərlə təzahür tapıb.

***

Söhbət bacısının boğazını kəsərək qətlə yetirən Pərvanə Nuriyevadan gedir. Bir mənzildə yaşayan üç tələbə bacıdan biri məzara, biri məhbəsə getdi. Hələlik, qətlin qısqanclıq zəminində baş verdiyi ehtimal olunur. Qatil isə bacısının cinsi azlıq nümayəndəsi olmasından təsirlənərək bu addımı atdığını bildirib. Azərbaycan nümunəsində 20 yaşlı gənc qızın bacısını belə amansızlıqla qətlə yetirməsi yeni faktdır.

***

Xırdalanda Qurbanova Fatimə Oruc qızı öz oğlu Hümbət Elşən oğlu Nağızadə tərəfindən boğularaq öldürülüb. H.Nağızadə ilkin istintaq zamanı deyib ki, anasını başqa kişilərlə oturub-durmaqda şübhələndiyi üçün öldürüb.
Lakin Hümbət Nağızadə şübhəsinin təqdiqlənmədiyini də bildirib.

O deyib ki, anası günahsız olduğunu bildirib. Buna baxmayaraq, gənc oğlan anasını boğaraq qətlə yetirib.

Tarix
2014.10.24 / 08:15
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla