Yuxarı

“Türkiyə parçalanır: AKP fiaskoya uğradı”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kürdlərin Duhokda razılaşmaları ilə kürd dövlətinin konturları artıq müəyyən oldu: İraq Kürdistanı, Şimali Suriya və Türkiyənin cənubundan qoparılacaq torpaqlar. AKP hökumətinin siyasəti fiaskoya uğradı. Bundan sonra prosesi əngəlləmək mümkün olmayacaq".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev Türkiyədəki son vəziyyəti şərh edərkən deyib.
"Kürdlərlə AKP-nin arasında çözüm zamanı var. Çözüm paketində kürdlərin muxtariyyət istədikləri bəllidir. Amma Kobani ətrafında olan hadisələr kürdlərin planının daha geniş oldugunu göstərir. Belə ki, Rakkada qırılan kürdlərə səs çıxarılmadığı halda, Kobani üçün mitinqə çıxıb, Türkiyədə yanğınlar törətmələri onu göstərir ki, bunlar Şimali Suriyada əl-Azaz, Kobani və Qamışlını, ordan da İraq Kürdistanına birləşən və Türkiyənin cənub-şərq rayonlarını əhatə edən böyük Kürdistan qurmaq istəyirlər. Davudoğlu isə bildirib ki, Oslo prosesindəki bütün razılaşmalara əməl etdik, amma PKK etmədi. Oslo razılaşmaları barədə AKP höküməti xalqa heç nə deməyib. Amma bəllidir ki, Türkiyənin cənub-şərqində kürd muxtariyyatının yaradılması nəzərdə tutulur", - politoloq bildirib.

Fərhad Mehdiyevin sözlərinə görə, Duhokda əldə olunan razılaşmanın arxasında Bərzaninin də durması açıqca onu göstərir ki, İraq Kürdistanı bu dövlətin bir parçası olacaq:

"Dənizə çıxış əldə olunandan sonra nefti satmaq üçün Türkiyə ərazisinə ehtiyac qalmayacaq. Türkiyənin cənub-şərqində artan hadisələr - türk bayrağının endirilməsi, Atatürkün heykəllərinin götürülməsi, bələdiyyə adlarının kürdcə yazılması PKK və HDP-nin niyyətini ortaya qoydu. İşin qəribə tərəfi isə odur ki, türk əhalisinin müəyyən bir hissəsi də nəticəni qəbul edə biləcək bir duruma gəlib. Yəni qəbul ediblər ki, Türkiyədə kürdlər var və onlara bir muxtariyyət veriləcək".

Tarix
2014.10.24 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Köçəryan “siyahı hazırlayaq” dedi – Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla