Yuxarı

Alman nazir Bakıda İŞİD-i müzakirə edəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rəsmi Bakı ilə geopolitik məsələlər müzakirə olunacaq".

Bu sözləri Axar.az-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, professor Elman Nəsirov Almaniya Xarici İşlər naziri Frank-Valter Ştaynmayerin Azərbaycana səfərini şərh edərkən dedi.

Onun sözlərinə görə, bu səfər Azərbaycan üçün böyük avantajdır:

"Bu səfərin iqtisadi, siyasi və geopolitik əhəmiyyəti olduqca yüksəkdir. Almaniya Fransa ilə bərabər Avropa Birliyinin lokomotividir. Belə bir ölkənin Azərbaycanla sözügedən məsələlərdə əlaqələri genişləndirməsi Bakı üçün böyük avantajdır. Almaniya bugünkü beynəlxalq münasibətlər sistemində yeri və rolu olan bir dövlətdir. Belə olan təqdirdə Almaniya Xarici İşlər nazirinin ölkəmizə səfərinə təkcə iki ölkə arasında deyil, AB-Azərbaycan çərçivəsində baxmaq lazımdır. Bu səfər əldə olunan razılaşmalar və gələcəkdə reallaşacaq layihələr baxımından çox önəmli olacaq".

Politoloqun sözlərinə görə, Azərbaycanın reallaşdırdığı iqtisadi layihələr Avropanın təhlükəsizliyinə hesablanıb:

"Ştaynmayerin səfərində əsas istiqamət heç şübhəsiz ki, ikitərəfli iqtisadi–ticari əlaqələrin bugünkü vəziyyəti və perspektivləri olacaq. Bu kateqoriyadan olan digər məsələlər və enerji təhlükəsizliyinə xüsusi diqqət veriləcək. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi çəkiyə malik olan bir ölkədir. Gerçəkləşməkdə olan bir çox dünya səviyyəli layihələrə nəzər yetirsək görərik ki, bu layihələr birbaşa Avropanın enerji təhlükəsizliyinə hesablanıb. Bu baxımdan Azərbaycanın Almaniya və digər Avropa ölkələri üçün getdikcə önəmi artır".

Dağlıq Qarabağ münaqişəsinin həll yollarının müzakirəsini istisna etməyən politoloq bu məsələdə razılaşmanın real olduğunu bildirdi:

"Dağlıq Qarabağ münaqişəsinin həll yollarının müzakirəsini də istisna etmirəm. Bu məsələ, fikrimcə, həm ikitərəfli formatda, həm də AB formatında müzakirələr oluna bilər. Almaniyanın bu problemin həllində dəstəyini biz görmüşük. Amma ölkəmizin Avropaya getdikcə daha çox lazımlılığı AB-ın daha cəsarətli addım atmağına gətirib çıxara bilər. AB-nin bu münaqişənin həllində ölkəmizə dəstəyi tam realdır. Zənnimcə, görüşdə Almaniyanın münaqişənin həllinə təkan verməsi ilə bağlı təkliflər nəzərdən keçiriləcək".

Son zamanlar Azərbaycanın geopolitik siyasət yürütdüyünü deyən siyasi analitik görüş çərçivəsində İŞİD-ə qarşı mübarizə məsələlərinin də müzakirə olunacağını istisna etməyib:

"Heç şübhəsiz ki, bütün bu danışıqlar konteksində regional təhlükəsizlik məsələlərinin də müzakirə ediləcəyini istisna etmirəm. Azərbaycan regional səviyyəni aşmış bir ölkə olduğundan, burada İŞİD-ə qarşı mübarizə yolları da müzakirə olunacaq. Azərbaycan regiondan kənar hadisələrə təsir etmək iqtidarındadır".

Tarix
2014.10.24 / 09:30
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla