Yuxarı

Mağazalarda vaxtı ötmüş məhsullar aşkar edilib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə üzrə bir çox mağazalarda vaxtı ötmüş məhsulların əhaliyə satıldığı aşkar edilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazirlik yanında Anti-inhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Monitorinq zamanı Sumqayıtda Afaq Piriyevaya, 27/10 ünvanında yerləşən Ramiz Rəhimova, M.Hüseynzadə küçəsində Günay Məmmədovaya, Sabunçu rayonu Bakıxanov qəsəbəsində Yeganə Abdulqədirovaya, Lumuzər Namazovaya və Məmməd İsmayılova məxsus mağazalarda vaxtı ötmüş məhsullar aşklar edilib.

Həmçinin, Zaqatala şəhərində V.İsmayılov küçəsi, 44 ünvanında Şahid Salamova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan mallar müəyyən edilib. Bakının Xətai rayonunda Zığ yolu, 12A ünvanında Əlizamin Şükürova məxsus mağazada, Gəncə şəhərində üç ayrı şəxsə, Qubada isə 2 ayrı şəxsə məxsus mağazalarda istifadə müddəti keçmiş məhsullar aşkar edilərək götürülüb.

Şirvan şəhərində isə Füzuli adına Mədəniyyət və istirahət parkında Fərhad Həziyevə məxsus yeməkxanada vaxtı ötmüş qida məhsullarından istifadə edildiyi müəyyən edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Nazirlik xahiş edir ki, istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Anti-inhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Məlumat Mərkəzinə xəbər versinlər.

Tarix
2014.10.24 / 12:20
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla