Yuxarı

Ekspertdən nazirin yazısına reaksiya: “Tələsməyək”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil naziri Mikayıl Cabbarov son illərdə təhsil sistemində əldə olunan irəliləyişlərdən, təhsil səviyyəsinin artırılması üçün görülən tədbirlərdən yazıb.

Axar.az xəbər verir ki, Azərbaycan qəzetində nəşr olunan hesabat xarakterli məqalədə aparılan islahatlardan söz açılıb. M.Cabbarov qeyd edib ki, BMT-nin İnkişaf Proqramının "İnsan inkişafı indeksi"nə əsasən, Azərbaycan 187 ölkə arasında 2008-ci ildəki 101-ci yerdən 2013-cü ildə 76-cı yerə yüksələrək insan potensialının yüksək inkişaf etdiyi dövlətlər qrupuna daxil olub. Həmçinin Dünya İqtisadi Forumunun 2013-2014-cü illər üzrə hesabatında Azərbaycan iqtisadiyyatı qlobal rəqabət qabiliyyəti səviyyəsi reytinqində 148 ölkə arasında 39-cu, MDB ölkələri arasında isə 1-ci yeri tutub.

Nazirin sözlərinə görə, bölgələrdə infrastruktur layihələrin reallaşdırılması üçün də böyük işlər görülüb. Belə ki, son 11 ildə 3000-ə yaxın məktəb binası tikilib və əsaslı təmir olunub. Ötən tədris ilində respublika üzrə 240, o cümlədən Bakı şəhərindəki 27 ümumi təhsil müəssisəsində 370 fizika, kimya və biologiya fənn laboratoriyası müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunub.

Təhsil işçilərinin həyat səviyyəsinin yaxşıladırılmasına toxunan nazir bu istiqamətdə bəzi işlərin görüldüyünü bildirib. Nazirin sözlərinə görə, hazırda yeni işə başlayan müəllimin bir stavka (12 saat) dərs yükü üçün aylıq əmək haqqı 155 manat təşkil edir. Kompensasiya və stimullaşdırıcı tədbirlər də əlavə edilərsə, əmək haqqı 315 manat olacaq.

Bəzi ekspertlər isə təhsilin inkişafı ilə əlaqədar deyilən fikirlərin şişirdilməməsinin tərəfdarıdır. "21-ci Əsr" Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev təhsilin səviyyəsində ciddi irəliləyişin artıq əldə olunduğu fikri ilə razılaşmır:

"Məncə, təhsilin səviyyəsi bir neçə parametrlə, kriteriya ilə müəyyənləşir. Məsələn 9-cu sinif və buraxılış imtahanlarının, o cümlədən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəticələri, Azərbaycanda uşaq baxçalarına cəlb olunan uşaqların faiz dərəcəsi, məktəbəqədər və ali məktəblərdəki təhsilin səviyyəsi və s. Peşə təhsilini də əlavə etsək, deyə bilərik ki, ümumilikdə Azərbaycanda təhsilin inkişafından danışmaq tezdir".

Ekspertin fikrincə, indi başladılan və gələcəyə hesablanmış addımlar nəticəsində nəsə gözləmək olar, amma qısa müddətdə təhsilin səviyyəsinin yüksəldilməsindən danışmaq olmaz:

"Nazirimizin dediyi kimi, təhsilin inkişafı üçün bir sıra addımlar atılıb. Əlbəttə, bu addımlar effekt verə bilər. Ancaq belə qısa vaxt ərzində hər hansı bir effektdən söz etmək mübahisəlidir. Məncə, addımların davamlı olmasına çalışmaq lazımdır, nəticələrin gecikməsindən narahat olmağa isə dəyməz. Çünki təhsilin inkişafı üçün böyük zaman lazımdır, qəbul edilən qərarların da effekti 5-10 ildən sonra özünü büruzə verir".

Azərbaycan ali məktəblərinin dünya reytinqində ən axırıncı yerlərdə olduğunu vurğulayan ekspert islahatların daha geniş formada aparılmasını zəruri sayır:

"Məsələn, 15 yaşlı uşaqların biliklərinin qiymətləndirilməsi sistemində PİSA proqramı var. Bu cədvəldə Azərbaycan həmişə ən axırda olan ölkələr sırasında yer alır. Dünyan universitetlərinin reytinq cədvəlində ən sonuncular içərisində Azərbaycan universitetləri də var. Mikayıl Cabbarova qədər Azərbaycanda təhsil sistemi məzmun etibarı ilə darmadağın olmuşdu. Ümumilikdə təhsil sisteminin bütün pillələrində geriləmə vardı. İndi yeni addımlar atılırsa, bunu təqdir edirik, amma nəticələri haqda danışmağı tələskənlik sayıram".

Tarix
2014.10.24 / 14:35
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla