Ana səhifə Toplum |
"Muğan Babazanlı abidələrinin 2800 illiyi" ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Salyan şəhərində "Şəhər günü" formatında bayram tədbirləri keçirilir.
Axar.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, hökumət nümayəndələrinin, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələrinin və yerli qonaqların iştirakı nəzərdə tutulub.
Qeyd edilən tədbirlərin keçirilməsi Salyan şəhərinin qədim tarixinin təbliğinə, burada aparılan arxeoloji tədqiqatların nəticələrinin nümayişinə imkan yaradacaq. Tədbirin açılış mərasimi bu gün saat 14:00-da olub.
Qeyd edək ki, Salyan rayonunda Muğan arxeoloji mədəniyyətinin mərkəzi kimi tanınmış Babazanlı ərazisində qazıntılar zamanı 2800 il bundan əvvəlki dövrə aid yaşayış məskəninin aşkar edilib.
Tarix
2014.10.24 / 18:16
|
Müəllif
Nilufər Muğantürk
|