Yuxarı

Rusiya: “Bizi təcrid etmək mümkün deyil”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml Administrasiyasının rəbəri Sergey İvanov Rusiyanın başqa ölkələr, ya da özü tərəfindən təcrid edilməsinin qeyri-mümkün olduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, Soçidə keçirilən konfransda danışan İvanov sanksiyaları ciddi qəbul etmədiyini deyib:

"Rusiyanı təcrid etmək mümkün deyil. Nə bütün dünya bizi təcrid etmək istəyir, nə də biz bütün dünyadan təcrid olmaq istəyirik. Bizə qeyri-ciddi sanksiya tətbiq edirlər. Gerçək sanksiyalar yalnız Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən tətbiq oluna bilər. Bunun xaricində olanlar yalnız təzyiqdən ibarətdir".

Rusiyanın tarix boyu daha böyük çətinliklərlə üzləşdiyini xatırladan İvanov ölkəsinin dünyadan təcrid olunmaq istəmədiyini deyib:

"Rusiya min illik tarixində çox çətinliklər görüb. Biz bu günə qədər təcrid olmaq üçün çalışmadıq, bundan sonra da olmayacağıq. Avropa Birliyi hələ də bizim ən əhəmiyyətli ticarət tərəfdaşımızdır. Hal-hazırda belə AB ölkələri ilə ümumi ticarət həcmi digərlərindən daha çoxdur. Çinlə olan ticarət hacmimiz də çoxdur. Bu bir gerçəkdir. Belə olan təqdirdə kim deyə bilər ki, Rusiya təcrid siyasəti aparır?"

Qərbin əsl məqsədinin Prezident Putinin nüfuzuna xələl gətirmək olduğunu deyən Administrasiya rəhbəri bəzi qüvvələrin Rusiyanın daxili işlərinə qarışdığını iddia edib. Onun sölərinə görə, bununla da bəzi qüvvələr Rusiyanı daxildən parçalamaq niyyətindədir:

"Rusiyanı Putinsiz düşünmək mümkün deyil. Ölkədə daxili siyasəti nəzərə alsaq, görərik ki, ölkənin belə bir vəziyyətə gəlib çatmasında Putinin böyük xidmətləri var".

Tarix
2014.10.24 / 18:31
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla