Yuxarı

Fariz Məmmədov: “Hamı məndən qələbə gözləyir”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Məhəmmədrəsul Məcidovun turnirdən imtina etməsindən sonra Bakıda yalnız mən rinqə çıxacam. Bilirəm ki, hər kəs məndən qələbə gözləyir".

AzərTAc xəbər verir ki, bu sözləri oktyabrın 24-də təşkil olunan mətbuat konfransı və çəki mərasimində "AİBA Pro Boxing" (APB) turnirində 69 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edəcək Fariz Məmmədov deyib.

Boksçumuz rəqibi Andrey Zamkovoyun Olimpiya Oyunlarının bürünc mükafatçısı olmasına baxmayaraq, özünün də planetin ən böyük yarışında iştirak etmək arzusunda olduğunu deyib. Bildirib ki, hamının diqqəti mənim üzərimə yönəlib. Amma bu mənə psixoloji gərginlik yaratmır. Əksinə, doğma divarlar arasında, azarkeşlərin dəstəyi ilə qələbə qazanmaq niyyətindəyəm. Rəqibim boyda məndən hündürdür. Özümə ucaboy sparinq rəqib götürmüşdüm. Son vaxtlar məhz boyda özümdən hündür boksçularla qarşılaşıram. Amma bu heç bir problem yaratmır. Əksinə, mənim üçün onlarla döyüşmək daha rahatdır. Əvvəlki qarşılaşmalarda ucaboy rəqiblərimi məğlub etmişəm.

Rusiyalı boksçu A.Zamkovoy F.Məmmədovun bir neçə döyüşünə baxdığını və rəqibi təhlil etdiklərini vurğulayıb. Qeyd edib ki, F.Məmmədov ilk dəqiqələrdən irəli atılıb, təzyiq göstərməyi sevən boksçudur:

"Doğrudur, onun peşəkar rinqdə təcrübəsi çoxdur. Bu, azərbaycanlı boksçuya müəyyən üstünlük verir. Amma hər şey rinqdə aydın olacaq".

Pekin Olimpiadasının iştirakçısı Onur Sipal əvvəlcə başqa boksçu ilə qarşılaşmalı idi. Ancaq onun rəqibi zədələndiyindən türkiyəli idmançı Litva təmsilçisi Eimantas Stanionis ilə üz-üzə gələcək. Türkiyəli idmançı bunun ona o qədər də təsir etmədiyini deyib. Vurğulayıb ki, bizim işimiz rinqə çıxaraq, rəqibin kimliyindən asılı olmayaraq döyüşməkdir. Litvalı idmançı gəncdir. Mənim məqsədim isə APB turnirindən Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Bakıda özümü evdəki kimi hiss edirəm. Azərbaycan və Türkiyə qardaş dövlətlərdir. İnanıram ki, burada dəstəksiz qalmayacağam.

Ukraynalı boksçu Denis Lazerev "Qarabağ"ın avroliqa turnirində "Dnepr"i məğlub etməsi münasibətilə Azərbaycan xalqını təbrik edərək deyib: "Təəssüf ki, oyuna baxa bilmədim. Həmin vaxt Bakının görməli yerləri ilə tanış olurdum. İçərişəhər və şəhərin mərkəzi çox xoşuma gəldi".

Oktyabrın 25-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində 69 kiloqram çəki dərəcəsində təşkil olunacaq turnirdə Markos Nader (Avstriya) Rayton Okviri (Keniya) ilə, Onur Sipal (Türkiyə) Eimantas Stanionis (Litva) ilə, Denis Lazerev (Ukrayna) Qyula Keyt (Macarıstan) ilə, Andrey Zamkovoy (Rusiya) isə Fariz Məmmədov (Azərbaycan) ilə üz-üzə gələcəklər.

Tarix
2014.10.24 / 19:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla