Yuxarı

İcra başçısı oğlunu belə xilas etdi - Təfərrüat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səbayel rayon icra başçısı Asif Əsgərovun oğlunun törətdiyi qəza ört-basdır edilir. İstintaq İlham Əsgərlinin bir nəfərin həyatına son qoyduğu avtoqəzanı sürücüsünün üzərinə qoyub.

Axar.az-ın əməkdaşına verilən məlumatda icra başçısının övladını bu hadisədən xilas etdiyi qeyd olunur.

Məlumata görə, sentyabrın 27-də saat 18 radələrində Bakının Xəzər rayonu, Türkan qəsəbəsində Qəbələ rayon sakini Əhliman Qəhrəmanovun idarə etdiyi "Hovo" və Bakı şəhər sakini İlham Əsgərlinin idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı "Mersedes S Klass" markalı avtomobillərin toqquşması nəticəsində 16 yaşlı Sənan Mirzəyev dünyasını dəyişib.

Vəfat edən gənc "Mersedes"də olub və onlar Paintball oyunundan evə qayıdırmış. S.Mirzəyev "MakDonalds"ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğludur. Eyni zamanda, mərhum Bakının keçmiş baş memarı Elbəy Qasımzadənin nəvəsidir.

İcra başçısının oğlu qəza baş verən zaman maşını "Redbul"un təsiri ilə saatda 180-200 kilometr sürətlə idarə edib. Evdən çıxanda maşını başçının ailə sürücüsü idarə edib. Ancaq övladı təkidlə sükan arxasına keçib, sürücü arxa oturacaqda əyləşib.

Mənbənin qeydlərinə görə, 16 yaşlı İ.Əsgərli döngədə qarşısına yük avtomobili çıxan zaman sürəti azalda bilməyib və "Mersedes"lə "Hovo"ya çırpılıb. İ.Əsgərlini isə salonun hava yastıqları xilas edib. Xatırladaq ki, oğlu bu qəzanın qurbanı olan Maqsud Mirzəyev hadisənin günahkarı kimi icra başçısının övladını təqsirləndirir. Hazırda iş Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırılır.

Qaynağımız bildirir ki, icra başçısı bu ilin mayında qudası və müavini olan Yavər Allahverdiyevi də eyni qaydada xilas edib. Başçı müavini 10 AS 509 dövlət nömrə nişanlı "Hyunday" markalı avtomobili ilə Salyan şossesində piyada Misir Şirinovu vurub öldürüb.

Bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən hadisəyə görə nədənsə Yavər Allahverdiyev yox, onun sürücüsü Sabir Hacıkərimov saxlanılıb.

Tarix
2014.10.24 / 22:12
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla