Ana səhifə Toplum |
Dünya mətbuatı Azərbaycanda Pərvanə Nuriyeva adlı qızın
bacısı Günelin boğazını kəsərək öldürməsindən
yazır.
Axar.az xəbər verir ki, Türkiyə, İspaniya mətbuatında bu
tükürpədici hadisə işıqlandırılıb.
İspaniya nəşri "Ragar Espana" Azərbaycanın LGBT (cinsi azlıqların
təşkilatı) icmasına istinadən məqalə çap edib. Məqalədə qeyd edilir
ki, cinayət homofobiya əsasında törədilib. Qız bacısının lezbiyan
olduğu üçün boğazını kəsib.
"Ragar Espana" yazır ki, hüquq-mühafizə orqanları törədilən
cinayətin qəddarlığından heyrətə gəliblər. "Bu cinayət LGBT
nümayəndələrinə nifrətə əsaslanıb. Homofobiyaya son qoyun!", - LGBT
üzvləri öz manifestlərində bildiriblər.
Türkiyənin məhşur Doğan xəbər agentliyi, Hurriyet,
Milliyet və
Aksam
xəbər portalları da bu olaya işıq salıb.
Tarix
2014.10.24 / 23:19
|
Müəllif
Emin Aslanlı
|