Yuxarı

Gənclərimizin ədəbi fəaliyyəti Türkiyədə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəzmiyyə Hicran

Şair-publisist

Hamımıza məlumdur ki, hal-hazırda qardaş ölkə olan Türkiyədə 5 minə yaxın Azərbaycanlı tələbə təhsil alır. Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çetinkaya bu rəqəmin gələcəkdə daha da artacağını jurnalistlərə açıqlamalarında bildirmişdir.

Mən isə şair-publisist olaraq Türkiyə səfərlərimdə də gənclərimizlə görüşür və onların ədəbi fəaliyyəti ilə daha yaxından tanış oluram. Bu yaxınlarda Sakarya Universitetində təhsil alan tələbələrlə, o cümlədən universitetin rektoru professor Muzaffer Elmas bəylə görüşümüz oldu. Azərbaycanlı gənc fəal, Sakarya Universitetinin Azərbaycan ÖGRENCİ toplumunun başqanı Aliq Xaliq oğlu Bağırov tələbə gənclərlə bizi görüşdürdü və gözəl bir gün bəxş etdi biz jurnalistlərə...

Əslən Gədəbəydən olan və ikinci təhsilini Sakarya Universitetində başa vuran Aliq Bağırovun təşkilatçılığı, azərbaycanlı tələbələrə dəstəyi, əhatəsinin genişliyi məni çox qürurlandırdı. Maddi durumu aşağı səviyyədə olan tələbələrin təqaüd ilə, yataqxana ilə, qida ilə təmin edilməsində əməyi olan gənc həmkarımızın ədəbi fəaliyyəti də gözümüzdən yayınmadı...

Müxtəlif zamanlarda, asudə vaxtlarında istər azərbaycanlı, istərsə də əcnəbi tələbələri bir yerə toplayıb Koçelide yerləşən Heydər Əliyev parkına, Heydər Əliyev muzeyinə, o cümlədən, Xocalı soyqırımının anılacağı yerlərə aparan və məlumat verən Aliq Bağırov bütün bu fəaliyyətində ona yardımçı olan tələbə Aysel Hüseynovadan ağız dolusu danışdı.

Azərbaycanın tarixi günlərini, işğal altında olan rayonlarımızın anım günlərini, həmçinin milli bayramlarımızı Türkiyədə layiqincə qeyd edən, təbliğ edən gənclərimizin nə qədər zəngin dünyagörüşə malik olmaları danılmaz və qaçılmazdır...

Mən bir daha şahid oldum ki, hər milləti tanıdan, sevdirən onun ölkədən kənardakı nümayəndələridir.

Aliq Bağırov, Aysel Hüseynova məndə gəncliyə fərqli bir duygu yaratdı. Onların kültürlüyü, vətənpərvərliyinin heyranlığını hər bir ölkədə müşahidə etmək istərdim. Çünki biz ölkəmizin içindən deyil, ölkəmizin ucqarlarından dünyaya daha yaxşı boylana bilir, səsimizin eşidiləcəyi qədər yüksəklərə hayqıra bilirik.

Mustafa Kamal Atatürkün, Məmməd Əmin Rəsulzadənin, Əlbülfəz Elçibəyin, Heydər Əliyevin övladları olduğumuzu daha çox sübut edə bilirik. Onun üçün də biz gənclərimizə hər zaman dəstək durmalı, onları ruhlandırmalıyıq...

Mən bir qələm adamı olaraq bu günki gəncliyimizlə, Aliq Bağırovlarla fəxr edirəm.

Vətən anadır, Vətən çörəkdir, Vətən – Vətəndir... Vətəndə vətən deməklə vətəndaş olmaq olmur, heç vətənpərvər də olmaq olmur... Odur ki, Vətənimizi uzaqlarda, getdiyiniz yerlərdən də uzaqlarda işıqlandırın, əziz gənclərimiz... Axı bu gün işıqlı Azərbaycanımızın gələcəkdə əl çatmayacaq parlaqlıqları var... Bax biz onu fəth eməyə də can atmalıyıq!

Tarix
2014.10.24 / 23:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla