Yuxarı

“Goranboy terroru” Bakıda araşdırılır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboyun Səfikürd kəndində baş verən qətliam Bakıda araşdırılır.

Axar.az-ın əldə etdiyi məlumata görə, 7 nəfəri öldürən kənd sakini Rafiq Hüseynovla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində iş aparılır. Artıq Goranboy Prokurorluğunda başlanmış cinayət işinin materialları Bakıya gətirilib və istintaq burada davam etdirilir. Qatil isə hələ də Gəncə Şəhər Polis İdarəsində saxlanır. Onun da Bakıya gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, oktyabrın 1-nə keçən gecə Goranboy rayonunun Səfikürd kəndində dəhşətli qətliam törədilib. Kənd sakini Hüseynov Rafiq Müzəffər oğlunun həyat yoldaşı ailə münaqişəsi zəminində evdən atasıgilə gedib. Bundan sonra R.Hüseynov tüfəng və əl qumbarası götürərək qayınatasının evinə gəlib. Burada o, qapının bağlı olduğunu görüb və həyət qapısından keçərək evə doğru gəlib və qayınını çağırıb.

Evdən R.Hüseynovun qayını Natiq Məmmədov çıxıb və onlar mübahisə etməyə başlayıblar. Mübahisə zəminində R.Hüseynov qayınına və digər bir şəxsə tüfənglə atəş açıb. Daha sonra otaqdan səs-küyün gəldiyini görən R.Hüseynov bir neçə nəfərin ona tərəf irəlilədiyini zənn edərək otağa qumbara atıb. Qumbaranın partlaması nəticəsində 5-i qadın olmaqla 7 nəfər həlak olub. İki nəfər isə yaralanıb.

Tarix
2014.10.25 / 00:36
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla