Yuxarı

İŞİD evimizin içində - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı dövlətlərin İŞİD-ə qarşı mübarizə apardığı vaxtda Azərbaycan da daxil olmaqla bütün dünyada virtual İŞİD döyüşlərinə marağın artması həyəcan doğurur.

İş burasındadır ki, virtual döyüşlərə qoşulan gənclər terrorçuların tərəfində oynamaqda maraqlıdır. Məhz bu məqam, müvafiq dövlət qurumlarını, bütünlükdə cəmiyyəti, elə uzağa getməyək, valideynləri narahat etməlidir.

ANS TV-ni məlumatına görə, əslində bu gün bütün dünyanın prioritet probleminə çevrilən terroçu qruplaşma İŞİD bu adla olmasa da, hələ illər əvvəl mövcud idi. Lakin virtual aləmdə.

Təxminən 15 ildir fəal şəkildə yayılan savaş oyunlarının isə indi milyonlarla oyunçusu var. Nəzərə alaq ki, indi İŞİD-in tərkibində döyüşənlərin əksəriyyəti də 20-30 yaş arasında olan gənclərdir. Deməli burda heç də təsadüfdən danışmaq olmaz.

Çünki 10-15 yaşlarından savaş oyunlarına köklənən yeniyetmələr bir gün oyunda şahidi olduğu hadisələrin real həyatda cərəyan etdiyini görəndə oda özünü heç tərəddüd etmədən reallıqda gedən oyunun bir oyunçusuna çevirmək istəyir və nəticəsi də ağır olur.

İŞİD-in tərkibinə, hətta Avropanın fərqli ölkələrindən qatılan gənclərin də barəsində aparılan araşdırmalar göstərib ki, onların əksəriyyəti elə bu oyunun oyunçularıdır. Azərbaycanda bu tipli savaş oyunlarına maraq göstərən yeniyetmələr arasında da qısa bir sorğu apardım.

Məktəbli Bağır Quluzadə: "Savaş oyunları oynayan zamanı digərlər kimi mən də oyunun terrorçu kimi davam etdirməyi çox sevirəm. Belə olan halda bu daha maraqlı olur. O zaman daha çox oynamağa başlayırsan".

Kamal Həşimov: "Savaş oyunları oynayarkən həmişə terrorçu qismində oyunu oynamışam".

Əslində düşündürən cavabdır. Bizi və ya yaxnlarımızı, dostlarımızı potensial terrorçu kimi hazırlayan vasitələr özümüz də bilmədən həyatımızın bir parçasına çevrilib. Deməli hardasa, bu gün ortaya çıxan terror qruplaşmasının yaradıcısı bir zamanlar sadəcə adi bir oyun oynadığını zənn etdiyimiz sakit bir məktəbli də ola bilər. Bir fakta nəzər salaq, bu gün "İsis game", yəni İŞİD oyunu adı altında yükləmə saytlarına yerləşdirilən onlarla oyun var. Təkcə "YouTube" video protalında bu cür oyunların tanıtım çarxını azı 400 minə yaxın istifadəçi izləyib, elə bir o qədər adam da onu yükləyib. Hansı ki, burada hədəfi necə vurmağın lazım olduğu və partlayış törətməyin yolları göstərilir.

Bu ağlamalı olduğu kimi, həm də gülməli bir məqamdır. Təsəvvür edin ki, bu gün dünyanın belə desək əjdaha dövlətləri bir araya yığılıb İŞİD-lə mübarizənin yollarını axtarır. İŞİD isə öz oyununu davam etdirir elə sözün hər iki mənasında.

Psixoloqlar isə bu cür oyunlardan qorunmağın lazım olduğu barədə həyəcan təbili çalırlar. Aqressiyanı təbliğ edən oyunlar övladlarınızı İŞİD oyununa gətirməsə də, başqalarının başına oyuna açmağa səbəb ola bilər.

"Gənclər savaş oyunu zamanı mübahisələrdə bunu tətbiq etməyə çalışırlar. Bəzən savaş oyunlarına sərf etmə aqressyanın, eyni zamanda ətrafda münqişələrin artmasına gətirib çıxarır", – deyə psixoloq Elnur Rüstəmov bildirdi.

Bunlardan qorunmaq isə heç də asan deyil. Çünki virus kimi bütün dünyaya yayılan bu cür oyunların konkret olaraq kimlər tərəfindən yaradıldığı bilinmir.

İnternet Forumun prezidenti Osman Gündüzün sözlərinə görə, məhkəmə səviyyəsində bu cür saytların Azərbaycan ərazisində yayılmasının qarşısı alına bilər: "Əgər bunları yayan hər hansı bir şirkət varsa, o zaman həmin şirkətə qarşı sanksiyalar tətbiq oluna bilər. Özəliklə bu tip addımların atılması mümkündür".

Deməli hələ çox ailələr gələcəyi olan övladının İŞİD oyununa çevrilən meydanlardan ölüm sorağını alacaq. Bu cür hadisələrdən qorunmaq isə sizin əlinizdədir. Övladınızı kompüter oyunları arxasında vaxt keçirməyə yönləndirməkdənsə, onları insanlarla ünsiyyətə istiqamətləndirin.

Tarix
2014.10.25 / 00:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla