Yuxarı

Bakıda "Volksvagen"lə bağlı iş qaldırıldı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Volksvagen" markalı "Polo Sedan" və "Tiguan" modelli avtomobillərin reklamlarında aldadıcı məlumatlar aşkar edilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam bazarında araşdırmaları davam etdirir.

Reklam bazarında aparılmış araşdırmalar zamanı "Volksvagen" markalı "Polo Sedan" və "Tiguan" modelli avtomobillərin reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiqlik əlamətləri müəyyən edilib. Həmin reklamlarda "Volksvagen" markalı "Polo Sedan" və "Tiguan" modelli avtomobillərin digər avtomobil markalarından üstünlüyü fikrini yaradan "Polo Sedan – gündəlik ehtiyaclarınızın ən ideal həlli" və "Tiguan – yolda və yolsuzluqda ən etibarlı dostunuz" məzmunlu ifadələrdən istifadə edildiyi müəyyən olunub.

Bununla əlaqədar həmin avtomobillərin satışını həyata keçirən "Avro Stil" ("Euro Style") LTD" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Araşdırmalar davam etdirilir.

Xatırladaq ki, bir neçə gün öncə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Audi" Mərkəzi ilə bağlı araşdırma aparmışdı.

Tarix
2014.10.25 / 10:43
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla