Yuxarı

“Paris görüşündə Qarabağ razılaşması gözlənilir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyanın xeyrinə Qərblə münasibətlərdən qopa bilmərik".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu prezidentlərin Paris görüşünü şərh edərkən dedi. Onun sözlərinə görə, son zamanlarda Qərbin Azərbaycana marağının artması problemin həllinə təsir göstərə bilər:

"Azərbaycan Qərblə əməkdaşlıqdan qorxmamalıdır. İndi belə bir görüntü yaranıb ki, Rusiya rəsmilərinin Azərbaycana səfəri artıb, əməkdaşlıq imkanları genişlənib. Azərbaycanın xarici siyasətində bir qədər canlanma var. Amma balanslaşdırılmış siyasət aparmaq, yəni hamı ilə bərabər məsafədə və hamı ilə münasibətləri inkişaf etdirmək lazımdır. Bir sözlə, Rusiyanın xeyrinə Qərblə münasibətlərdən qopa bilmərik".

Politoloqun sözlərinə görə, görüş öncəsi Qərbdən gələn mesajlar öz təsirini göstərəcək:

"Paris görüşünə ümidlər var. Razılaşma əldə oluna bilər. Hazırda vəziyyət elə gətirib ki, açar rolu oynayan Rusiya pis durumdadır. İqtisadi-siyasi sanksiyalar bu ölkəyə əl-qol açmağa imkan vermir. Belə olan şəraitdə Azərbaycan nəyəsə ümid edə bilər. Buna görə də çox yaxşı haldır ki, Qərbdən Azərbaycana səfərlərin sayı çoxalmaqdadır. Avropa Şurası və bir çox öndə gedən ölkələrin yüksək səviyyəli səfərləri istənilən halda Azərbaycan üçün müsbət haldır. Qarşıdan gələn Paris görüşündə belə səfərlər münasibətləri ayırd etmək baxımından çox önəmlidir. Ümumilikdə götürsək, Qərbin Azərbaycanla bağlı siyasətində son zamanlarda aktivlik müşahidə olunur. Önəmli olan odur ki, Qərblə əməkdaşlıqda yeni addımlar atılsın. Yeni layihələr gerçəkləşsin. Nəhayət ki, Qərb Dağlıq Qarabağ münaqişəsində prinsipial mövqe sərgiləsin. Yəni Qərbin "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik" deməsi azdır, Ermənistana təzyiq etmək lazımdır ki, Qarabağ və ətraf rayonları boşaltsın. Qərb bunu gur səslə deməlidir. Əgər bu deyilərsə, deməli, Qərbin Azərbaycanda mövqeyi möhkəmdir".

Tarix
2014.10.25 / 11:19
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla