Yuxarı

Daha bir ana öldü - Həkim terroru

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Lənkəran Mərkəzi Xəstəxanasının doğum şöbəsində ana ölümü baş verib.

ANS-in məlumatına görə, Astara royonu, Ərçivan kənd sakini, 1980-cı il təvəllüdlü Xoşqədəm Yədulla qızı Məmmədova üzərində aparılmış qeysəriyyə əməliyyatından sonra ölüb.

Əməliyyatı doğum şöbəsinin mama-ginekoloqu Mehparə Cəzail qızı Rufullayeva edib. Əməliyyat dünən axşam saatlarında aparılsa da, bu gün səhər saatlarında ana ikinci dəfə əməliyyata götürülüb.

Lakin xəstənin həyatını xilas etmək mümkün olmayıb. Mərhumun qohumları ölümdə həkimi günahlandırırlar. Bildirilir ki, əməliyyatdan əvvəl ananın səhhətində heç bir problem olmayıb. Əksinə bir neçə gün qabaq xəstəxana şəraitində yoxlanıb, müalicə almışdır. Yeni doğulmuş körpənin vəziyyəti qənaətbəxşdir.

Məsələ ilə əlaqədar xəstəxana ilə əlaqə yaratmaq istəsək də, bu mümkün olmadı. Xəstəxanın baş həkimi Ağabala Kəlbiyev zənglərə cavab vermədi. Baş həkimin müavini Taleh həkim isə Bakıda olduğunu əsas gətirərək açıqlama vermədi.

Tarix
2014.10.25 / 15:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla