Yuxarı

İlham Əliyev 2 məktub göndərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerə təbrik məktubu göndərib.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Məktubda deyilir: "Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq əlaqələrinin daim genişləndirilməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstriya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

***

İlham Əliyev həmçinin Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədova da təbrik məktubu göndərib.

Məktubda qeyd edilir ki, "Türkmənistanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan ilə Türkmənistanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Əminəm ki, qarşılıqlı münasibətlərimizin hərtərəfli inkişafı və möhkəmləndirilməsi yolunda səylərimiz xalqlarımızın rifahına mühüm töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına sülh və firavanlıq arzulayıram".

Tarix
2014.10.25 / 19:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla