Yuxarı

XİN: "Ermənistan terroru dəstəkləyən dövlətdir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Terrorizm Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir və Ermənistan Respublikası terroru dəstəkləyən dövlətdir.

Bu barədə Azərbaycan XİN Mətbuat xidmətinin rəhbəri v.i.e Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri E.Nalbəndyanın 24 oktyabr 2014-cü il tarixində mətbuat konfransında səsləndirdiyi fikirlərinə dair şərhlərini Trend-ə bildirib.

Ermənistanın xüsusi xidmət orqanlarının bilavasitə dəstəyi və iştirakı ilə 80-ci illərin sonundan başlayaraq, Azərbaycana qarşı 30-dan artıq terror-təxribat əməli törədilib. Bu terror əməllərinin Ermənistanın xüsusi xidmət orqanları tərəfindən törədilməsi əməliyyat-istintaq yolları ilə tam şəkildə sübut olunub.

19 mart və 3 iyul 1994-cü il tarixində Bakı metrosunda Ermənistanın xüsusi xidmət orqanları tərəfindən törədilmiş terror aktları ilə məhz Ermənistan dünyada metro nəqliyyatında terrorun əsasını qoyub. Ermənistan xüsusi xidmət orqanlarının bu ənənələri əsasında 10 il sonra Madrid və London metrolarında terror aktları törədilib.

Ermənistan dünyada yeganə ölkədir ki, faşist müharibə cinayətkarı "general Dro" və qatı terrorçu Monte Melkonyan Ermənistanın milli qəhrəmanları elan edilmiş və onların şərəfinə Yerevanda abidələr qoyulub.
Dünyada terrorizmə qarşı mübarizədə "erməni terrorizmi" (Armenian terrorism) və onun "modus operandi"si xüsusi bir sahə kimi öyrənilir.

Tarixdən danışan Ermənistan xarici işlər nazirinə XİX əsrdən başlayan daşnak erməni terrorizmi, hələ Çar Rusiyasının 12 iyun 1903-cü il tarixli qərarı, beynəlxalq terrorun tərkib hissəsi olan və Ermənistanın xüsusi xidmət orqanlarının tərkibinə keçən ASALA terrorunu xatırlatmaq lazımdır.

Azərbaycan Respublikası bu gündə Ermənistan tərəfindən dövlət səviyyəsində aparılan terrorizm və beynəlxalq terrorizmlə üz-üzədir və Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə verdiyi töhfələri dünya birliyi tərəfindən layiqincə qiymətləndirilir.

Tarix
2014.10.25 / 20:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla