Yuxarı

Bakıdan gələn xəbər Hafkanı ümidləndirdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Topaz Premyer Liqasında IX turun növbəti görüşləri keçirilib.

Axar.az xəbər verir ki, paytaxtda keçirilən AZAL - "Bakı" qarşılaşmasında ikincilər 1-0 hesablı qələbəyə sevinib.

Hafiz Məmmədova məxsus "Bakı klubu bununla da ardıcıl 3-cü qələbəsini qazanaraq turnir vəziyyətindəki mövqeyini bir qədər yaxşılaşdırıb. "Bakı" klubunun baş məşqçisi matçla bağlı bunları deyib:

"Mən bu gün meydançada sona qədər mübarizə aparan futbolçularımı təbrik edirəm. Oyunçularım bu gün inanılmaz dərəcədə istəkli idilər. Biz qələbəni istədik, arzuladıq. İstədiyimiz işləri həyata keçirə bilərik. Biz təlim-məşq toplanışı belə keçirməmişik. Amma futbolçularım əsl kişilik göstərirlər. Bütün qələbələr futbolçularımın xarakter göstərməsi ilə bağlıdır. Mən qələbəni yenə rəhbərliyə həsr edirəm. Biz daha yaxşı yerlərə gəlməyə çalışırıq. Oyunları çirkinləşdirmirik. Rəqiblə başabaş mübarizə aparmağa çalışırıq".

Qeyd edək ki, bu turun dünən keçirilən qarşılaşmasında "Qəbələ" "Sumqayıt"ı 3-1 yenib. Bu gün Zaqatalada keçirilən "Simurq" - "Araz" görüşü isə birincilərin 4-0 qələbəsi ilə başa çatıb.

Tarix
2014.10.25 / 22:28
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla