Yuxarı

“Kimsə “Azərbaycan”ı şəxsi intriqalarına alət edə bilməz”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müxalifət daxilində bir-birini suçlamalara "Azərbaycan" qəzetinin yubileyi ilə bağlı keçirilən tədbir alət ola bilməz".

Bu sözləri Axar.az-a açıqlamasında hazırda Türkiyədə olan VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı "Azərbaycan" qəzetinin 25 illik münasibəti ilə keçirilən tədbiri "YAP-ın tədbiri" kimi qiymətləndirən və burda iştirak edən Milli Şura sədri Cəmil Həsənlini qınayanlarla bağlı fikrini bildirərkən dedi.

Xalq şairinin sözlərinə görə, vaxtilə "Azərbaycan" qəzetinə qarşı mövqe ortaya qoyanlar, hər şeyi "öz adına" yazmağa çalışanlar indi də o təfəkkürlərindən əl çəkməyiblər:

"Çox təəssüf edirəm ki, "Azərbaycan" qəzetinin 25 illik yubileyini belə müxalifət daxilində bir-birini suçlamaq üçün vasitəyə çevirənlər tapılır. Bu iddialar mənə 25 il öncəki mənzərəni xatırladır: 1989-cu ildə, oktyabrın 6-da biz "Azərbaycan"ı bərpa edib, yeni tariximizin ilk müstəqil mediasını başladanda da bəziləri bu qəzetin əleyhinə təbliğat aparır, "tezliklə öz qəzetimiz olacaq" deyə sonradan Meydanda da xalqı bu mətbu orqandan ayırmağa çalışırdı. Təbii ki, onların bu istəyi özünü doğrultmadı. Hər zaman hər şeyi öz adlarına çıxmaq istəyi, ümumi işə deyil, şəxsi mənafeyə işləmək arzusu, daxili intriqalardan əl çəkə bilməməyin 25 illik acı tarixi yenə də bəzilərinə dərs olmur".

Sabir Rüstəmxanlının sözlərinə görə, 20-ci əsrin sonlarına doğru müstəqil medianın qaranquşu olan "Azərbaycan" qəzeti bütövlükdə bir şərəfli tarixdir:

"Bu əlamətdar hadisəni qeyd etməyə yığışdıq və burada iqtidar-müxalifət deyilən anlayış yoxdur: bu qəzetlə ilk günlərdən əməkdaşlıq edənlərdən tutmuş hazırda çalışanlara qədər, bir yerdə müstəqil mediamızın şərəf tarixini vərəqləməyə çalışdıq. "Azərbaycan" qəzetinin idarə heyətinin üzvü olmuş Elmira Axundova və digərləri o tədbirdə çox ləyaqətli və intellektual çıxışları ilə yadda qaldılar. Tədbiri mahiyyətindən çıxarmaq, bu tarixi daxili intriqalara sürükləmək nəyə lazımdır?"

Sonda millət vəkili "Azərbaycan" adının da, qəzetinin və tarixinin də belə xırda intriqalardan çox-çox ucada olduğunu bildirdi:

"Dünya ölkələrində tarixi günlərdə, millət üçün dəyərli anlarda iqtidarlı-müxalifətli, bütün ziyalılar bir yerdə olur, hətta siyasi mühitdən kənarda, şəxsi münasibətlərində heç bir problem olmadığını sərgiləyən görüntüləri ilə yadda qalırlar. Bəs, bizim müxaliflər nə vaxta qədər sivil münasibətlərdən, normal siyasi mübarizədən kənarda, qaragüruh təfəkkürü ilə, şantajla davranmaqda davam edəcəklər?"

Xatırladaq ki, "Azərbaycan" qəzetinin 25 illik yubileyi ilə bağlı ilk baş redaktor kimi Sabir Rüstəmxanlının keçirdiyi tədbirdə hakim partiyanın nümayəndələri ilə yanaşı, Cəmil Həsənlinin də iştirak etməsi müxalifət daxilində Milli Şura sədrinin "iqtidarla bir yerdə olması" kimi dəyərləndirilib.

Tarix
2014.10.25 / 22:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla