Yuxarı

Azərbaycanın ən qanlı həftəsi – Statistika/Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan bu həftəni qanlı, tükürpədici, vəhşət doğuran qətllərlə geridə qoydu.

Axar.az xatırladır ki, həftənin qətlləri təkcə medianın baş xəbəri olan Pərvanə Quliyevanın bacısının başını kəsməsi, Xırdalanda oğulun ananı namus üstündə öldürməsi ilə məhdudlaşmadı.

Eyni zamanda, qardaşın qardaşı bıçaqlaması ilə yadda qaldı. Hadisə oktyabrın 24-də Xətai rayonu Məzahir Rüstəmov küçəsində yaşayanlar arasında olub. 1989-cu il təvəllüdlü Orxan Muradəliyev qardaşı, 1987-ci il təvəllüdlü Murada bıçaq xəsarət yetirib.

Habelə, Qazaxda mübahisə edən iki kişidən biri qətlə yetirilib. Hər ikisi şəxs - Qazax sakini olan 37 yaşlı Ramin Qurbanov və 40 yaşlı Süleyman Möhtərəmov dərhal Qazax Rayon Diaqnostika Mərkəzinə çatdırılsalar da, Ramin Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.

***

Maştağa qəsəbəsində "Göl" deyilən ərazi də cinayətə şahidlik edib. Bakı şəhər sakinləri, 1996-cı il təvəllüdlü Asim Etibar oğlu Bünyatov və 1994-cü il təvəllüdlü Yarəli Ağadadaş oğlu Dadaşov aralarında yaranan münaqişə zəminində 1992-ci il təvəllüdlü Röyal Müzəffər oğlu Nəcəfovu çoxsaylı bıçaq zərbələri yetirərək qətlə yetiriblər.

***

Oktyabrın 21-də isə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında ər arvadını bıçaqla qətlə yetirməklə hamını şoka salıb. Hadisə xəstəxananın foyesində olub.

Hacıqabul sakini, əvvəllər məhkum olunmuş 46 yaşlı İslam Əhmədov həyat yoldaşı, 51 yaşlı Bacıxanım Əhmədovanı 4 bıçaq zərbəsi ilə qətlə yetirib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Bacıxanım Əhmədovanın iş yoldaşları bildirib ki, onun həyat yoldaşı tüfeyli həyat tərzi yaşayıb. Bu səbəbdən Bacıxanım Əhmədova məhkəməyə boşanma ərizəsi ilə müraciət edib. Ehtimal olunur ki, qətl də elə bu zəmində baş verib.

***

Həftə ərzində qanlı olaylar bununla da bitməyib. Bakının Z.Bünyadov prospektində yerləşən kafedə müğənni Elçin Məmmədov müştərini bıçaqlayıb. Hadisə gecə saat 2 radələrində qeydə alınıb.

Kafeyə gələn 5 müştəri yeyib-içib, onlardan biri müğənniyə atmaca atıb: "Bunlar gələndə mən oxuyurdum. Söyüş söydülər, fikir vermədim".

Təqsirləndirilən şəxs onların kafedən getməsini gözlədiyini, amma müştərilərin danışmaq üçün müğənnini çölə çağırdıqlarını deyib. Bildirdiyinə görə, həmin şəxslər kafedən kənarda da onu söyüb, təhqir ediblər.

Bundan qəzəblənən Elçin Məmmədov Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Rəşadət Qasımovun oturduğu avtomobilə yaxınlaşıb: "Dedim düş aşağı! Düşən kimi 2 zərbə endirdim".

Tarix
2014.10.26 / 01:01
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla