Yuxarı

Tanınmış azərbaycanlı psixoloq roman yazdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış psixoloq, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov yeni roman yazıb.

Bu barədə Axar.az-a açıqlama verən müəllif bildirib ki, "X-Ledi" adlanan romanı yaxın günlərdə işıq üzü görəcək.

O, uzun müddətdir ki, praktik psixoloq kimi fəaliyyət göstərdiyini dedi:

"Rastlaşdığım insan taleləri, konsultasiya prosesində qarşılaşdığım insanlar və onların psixoloji narahatlıqlarının şüuraltı səbəbi, pasiyentin problemi üzərində apardığım müşahidələr məni bu romanı yazmaq üçün həvəsləndirdi. "X-Ledi" konsultativ xarakterli romandır. Roman haqqında ətraflı danışmaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, roman yazıldığı janrda bir ilk olacaq. Geniş oxucu kütləsinin maraqla oxuyacağından əminəm. Çünki mövzu kifayət qədər aktualdır. Evli olduğu halda başqa kişilərə aşiq olan X-Ledinin çırpınışları və düşdüyü vəziyyətdən çıxmaq üçün psixoloqa müraciət etməsi ilə başlayan roman, psixoloq konsultasiyaları ilə davam edir. Romanda psixoloji konsultasiyanın strukturu gözlənilib. Anonimlik qorunub. Roman eyni psixoloji narahatlıqdan əziyyət çəkən, ancaq obyektiv səbəblərdən əyani psixoloji dəstək ala bilməyən, eləcə də psixologiya həvəskarları üçün də maraqlı olacaq".

Tarix
2014.10.27 / 17:43
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla