Yuxarı

Hafkanın imperiyasında “ilahi təsadüf” – Statistika

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Baghlan Group" şirkətlər qrupunun prezidenti, "Hafka" kimi tanınan milyarder Hafiz Məmmədova məxsus olduğu bilinən klublarda durğunluq davam edir.

Axar.az xəbər verir ki, Hafkanın Fransanın 1-ci Liqasında çıxış edən "Lans" klubu son 5 oyunda 3 məğlubiyyət, 1 heç-heçə və 1 qalibiyyət əldə edərək, 11 oyuna 11 xal toplayıb və 16-cı pillədə qərarlaşıb.
Fransız klubun Fransa Liqa Kubokunda da ümidləri puç olub. "US Kitel Lüzitanö" klubuna 0:2 hesablı məğlubiyyət komandanın irəliləməsinə mane olub.

Eyni nəticəni oliqarxın sahib olduğu "Bakı" klubuna da aid etmək olar. Komandanın 10 oyundan 10 xalı var və 9-cu yerdədir. "Bakı" ardıcıl 3 qələbə qazanaraq turnir vəziyyətindəki mövqeyini bir qədər yaxşılaşdırsa da, uğurun ardı gəlmədi. Klub paytaxt derbisində bu gün "Neftçi"ni qəbul etdi və bərbad oyunu ilə yadda qalan "Bakı" doğma meydanda darmadağın oldu. Oyunun 38-ci dəqiqəsində "Neftçi"nin qaradərili yarımmüdafiəçisi Julius Vobay hesabı açdı. "Bakı" klubunun futbolçusu Nurlan Novruzov 55-ci dəqiqədə hesaba tarazlıq gətirsə də, Araz Abdullayev və Kaue de Silvanın vurduğu qollarla flaqman 1:3 hesabı ilə vacib 3 xalı qazanıb.
Komandaların oyun sayına görə xal toplaması düşdükləri durumun aydın göstəricisidir. Komandalarda yaranan maliyyə böhranı, oyunçuların maaşlarının gecikdirilməsi, maddi-texniki bazanın iflic olması uğurlu nəticəni müşkülə çevirib.

Oliqarxın futbol imperiyasında tənəzzül "Lans"ın 11 oyuna 11 xal və "Bakı"nın 10 oyuna 10 xal qazanması fonunda "ilahi təsadüf" hesab edilə bilər.

Tarix
2014.10.30 / 00:35
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla