Yuxarı

Alman mütəxəssis: “İŞİD parçalanır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyalı Yaxın Şərq analitiki Udo Steinbaç İŞİD-in parçalanacağını açıqlayıb.

Axar.az xəbər verir ki, "Fokus onlayn" ("Focus Online") jurnalına müsahibə verən mütəxəssis İŞİD-in ən təhlükəli dövrünün geridə qaldığını bildirib:

"Biz yaxın bir zamanda təşkilatın bölünəcəyinin şahidi olacağıq. Bu, bu gün və ya sabah olmayacaq. Ancaq ən təhlükəli dövr geridə qaldı".

Koalisiya qüvvələrinin hücumu nəticəsində 30 İŞİD liderinin öldürülməsindən sonra bu qənaətə gəldiyini deyən Steinbaç kəşfiyyat məlumatlarına əsasən təşkilatın parçalanmaq ərəfəsində olduğunu deyib:

"İŞİD daxilində fikir ayrılığı var. Detallar dəqiq bilinməsə də, bəzi qüvvələr Bağdadinin liderliyində olan təşkilatdan narazıdır. Bu narazılığın böyüyəcəyi və sonda parçalanmaqla nəticələnəcəyini düşünürəm".

Bir neçə gün əvvəl kürd silahlı birləşmələrinin İraqın şimalındakı Zumar şəhəri yaxınlığında strateji məntəqələri azad etdiyini və İraq ordusunun Bağdadın 60 kilometr cənubunda Əl Saxar şəhərini İŞİD-dən təmizlədiyini xatırladan mütəxəssis terror təşkilatının zəiflədiyini qeyd edib:

"Mən bunun dönüş nöqtəsi olduğunu düşünürəm. Əvvəllər İŞİD terrorçuları tərəfindən sürpriz faktoru vardı. Amma indi bunu görmürük. İŞİD məhv olsa da, üzvləri məhv olmayacaq. Onlar bir neçə təşkilata bölünərək mübarizə aparacaqlar".

Tarix
2014.10.30 / 02:30
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla