Yuxarı

Paris danışıqlarının nəticələri nədən açıqlanmadı? – Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İl ərzində sayca 3-cü olan Paris görüşü və Fransa tərəfinin bu cəhdi iyulun sonu, avqustun əvvəllərində iki ölkənin sərhədində və təmas xəttində vəziyyətin kritik həddə gəlib çatmasından qaynaqlanan bir görüş idi".

Bunu Axar.az-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq, siyasi şərhçi Elman Nəsirov Paris görüşündən sonra Ermənistanın konfidensiallıq məsələsinə aydınlıq gətirərkən deyib..

Onun sözlərinə görə, bu görüş avqust ayının 10-da Vladimir Putinin, sentyabrda isə ABŞ Dövlət katibi Con Kerrinin təşkil etdiyi görüşlərdən kəmiyyət xarakteristikası baxımından seçildi:

"Çünki prezidentlərin həmsədrlərlə, Ollandın hər iki ölkənin başçısı ilə ayrılıqda, prezidentlərin özlərinin təkbətək və ən sonda üçtərəfli görüş bunu deməyə əsas verir. Yəni Paris görüşü kəmiyyət etibarilə daha intensiv bir görüş idi. Əsas ortaq məxrəc tərəflərin Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin himayəsi altında girovlarla bağlı informasiya mübadiləsi, danışıqların bundan sonra da davam etdirilməsi oldu. 2015-ci il sentyabrında BMT Baş Assambleyasının Nyu Yorkda prezidentlərin növbəti görüşü barədə razılıq əldə olundu. Fransa prezidentinin status-kvonun ləğvi ilə bağlı çağırışı var idi. Ancaq əsas bəyanat qəbul olunmadı. Gözlənilən o idi ki, Fransa prezidenti tərəfindən münaqişənin həlli ilə bağlı yeni bir yol xəritəsi tətbiq edilsin, bu, baş vermədi".

Politoloq bildirib ki, maraqlı məqamlardan biri isə nə Azərbaycan, nə Ermənistan tərəfinin, nə də həmsədrlər və Fransa prezidentinin görüşlə bağlı heç bir bəyanatla çıxış etməməsi və konfidensiallığın qorunub saxlanılmasıdır:

"Bu məqam isə iki nəticə çıxarmağa əsas verir. Birincisi, müəyyən məsələlərdə ortaq məxrəcə gəlmək tendensiyası var və ola bilsin ki, bunun açıqlanması kövrək razılaşmanı poza bilər. İkincisi, danışıqların nəticələri ona görə açıqlanmayıb ki, ortada heç bir şey yoxdur. Bu da öz növbəsində passiv davranışı şərtləndirir. Adətən biz Ermənistan mətbuatında bu cür danışıqların ardınca detalların açıqlanaraq konfidensiallığın pozulduğu və hərbi ritorikaya söykənən məqamların şahidi olmuşuq. Ancaq bu dəfə Ermənistan tərəfi sakit davranış tərzinə üstünlük verib".

Elman Nəsirovun fikrincə, bu görüşdə ən əsas razılaşma 2015-ci ilin sentyabrında BMT Baş Assambleyasının Nyu Yorkda prezidentlərin növbəti görüşü barədə razılığın əldə olunmasıdır. Buna qədər prezidentlər səviyyəsində görüşlər keçiriləcək. Tərəf qismində Rusiya çıxış edəcək. Moskvada və Rusiyanın başqa şəhərlərində növbəti görüşlər gözlənilir. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, irəliyə doğru atılan hər bir addım Böyük Sülh sazişində öz əksini tapsın. Ermənistan isə sazişdən əvvəl münaqişənin həlli ilə bağlı xalqların müqəddəratı prinsipini nəzərdə tutur. Bu isə ərazi bütövlüyü prinsipinə kölgə salır. Buna görə də ciddi fikir ayrılıqları mövcuddur".

Tarix
2014.10.30 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla