Yuxarı

Qalmaqallı icra başçısına yeni müavin gətirildi – Son dəqiqə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yəhya Hacıyev Dərbənd rayonunun icra başçısının müavini təyin edilib".

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Çernovik" qəzeti yayıb.

Qəzet Yəhya Hacıyevin bu vəzifəyə keçməsində Dağıstanın Prezident Administrasiyasının rəhbəri Ramazan Əliyevin rolunun böyük olduğunu bildirib. Məlumatda həmçinin Hacıyevdən öncə bu vəzifəni icra edən və Qurban Qurbanova yaxınlığı ilə seçilən Sultan Sultanovun yaş senzi bəhanə gətirilərək Əliyevin əmri ilə vəzifədən kənarlaşdırıldığı deyilib. Hələlik Ramazan Əliyevin bütün təzyiqlərinə baxmayaraq, birinci müavin olan Əli Xazbulatovun istefaya getmədiyi söylənilib.

Qeyd edək ki, Sultan Sultanov Qurban Qurbanovun Dərbənd rəhbərliyində olan iki ən güvəndiyi adamdan biri hesab olunur. O, hazırkı birinci müavin və Dərbənd rəhbərinin vəzifəsini müvəqqəti icra edən Əli Xazbulatovun istefa verəcəyi təqdirdə onun yerinə keçməli idi.

Onu da xatırladaq ki, Yəhya Hacıyev bundan öncə "Tatlyar" aqrofirmasının sədr müavini vəzifəsində çalışıb.

Tarix
2014.10.30 / 11:20
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla