Yuxarı

Ağır qəzaya düşən jurnalist evə buraxıldı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az-ın "Cəbhə xətti" layihəsinin müəllifi, tanınmış yazar Pərviz Cəbrayılın qardaşı Nihad Cəbrayıl Bakı 1 saylı Kliniki Tibbi Mərkəzindən evə buraxılıb.

Ambulator müayinəyə buraxılan həmkarımızla əlaqə saxladıq. Səhhəti barədə məlumat verən N.Cəbrayıl iki həftəlik müalicə nəticəsində nisbətən yaxşılaşdığını dedi: "İlk diaqnozda burun və 8-ci qabırğa sınığı aşkar edilmişdi. Burun sınığından əməliyyat edildim. Lakin təkrar müayinədən sonra məlum oldu ki, daha 5 qabırğa sümüyündə çat var və beyin silkələnməsi baş verib. Hazırda səhhətim normallaşmağa doğru gedir. Ev şəraitində müalicə alıram. Əsas qabırğanın bitişməyidir. Bunu gözləyirəm".

Keçən 12 gün ərzində 11 kilo arıqlayan yazar qəzaya düşən digər yaralı Qarabağ əlili Solmaz Əliyevanın 1 həftə sonra evə buraxılacağını bildirdi: "Solmaz xanım 1 həftədən sonra evə buraxılacaq. Xəstəxanadan çıxarkən onu yoluxa bildim. Onun da səhhəti normallaşmağa doğru gedir. Qəzada vəfat edən Sevil Abbasovanın ailə üzvlərinə başsağlığı vermək istəyirəm. Ağır itkidir. Sevil xanım mərd, torpaqlarımız uğrunda qəhrəmancasına döyüşmüş, millətini, torpağını sevən bir xanım idi. Allah ona rəhmət etsin".

Müalicə aldığı dövrdə "Teleqraf" Holdinqin rəhbərliyi və əməkdaşlarından böyük diqqət və qayğı gördüyünü deyən jurnalist, onu xəstəxanada tək buraxmayan bütün dostlara və 1 saylı Kliniki Tibbi Mərkəzinin həkim heyətinə də təşəkkür etməyi unutmadı: "İlk növbədə Aynur Camalqızı başda olmaqla "Teleqraf" Holdinqin rəhbərliyinə, Anar Niftəliyevə, Axar.az saytının əməkdaşlarına, məni yaddan çıxarmayan hər kəsə dərin təşəkkürümü bildirirəm. Məni tək qoymadılar və böyük mənəvi dəstək verdilər. Eyni zamanda 1 saylı Kliniki Tibbi Mərkəzinin həkim heyətinə - Fuad Nəbiyevə, Tural Mirzəyevə və tibb bacısı Gülnarə Əliyevaya minnətdaram. Mənim sağalmağımda onların böyük rolu var".

Xatırldaq ki, oktyabrın 17-də Axar.az-ın "Cəbhə xətti" layihəsinin müəllifi N.Cəbrayıl Qarabağ savaşının iştirakçısı olan növbəti qazilərlə müsahibədən qayıdarkən Zərifə Əliyeva adına Milli Oftalmalogiya Mərkəzinin qarşısında ağır avtomobil qəzası keçirib.

Hadisə nəticəsində Qarabağ müharibəsi iştirakçısı 1975-ci il təvəllüdlü Sevil Abbasova dünyasını dəyişib.

Yaralılar isə jurnalist Nihad Cəbrayılla bərabər, 1968-ci il təvəllüdlü Əliyeva Solmaz Valeh qızı ("Lifan"ın sərnişini) və "Cip"in sürücüsü, 1981-ci il təvəllüdlü Kərimov Rəşad Ağateyyub oğlu Bakı 1 saylı Kliniki Tibbi Mərkəzinə yerləşdirilmişdi.

Tarix
2014.10.30 / 14:00
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla