Yuxarı

Ölməkdə olan dənizin xilası üçün 3 milyard ayrıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan hökuməti və bir sıra beynəlxalq təşkilatlar Aral faciəsinin nəticələrilə mübarizəyə yönlənmiş 30 müxtəlif sənəd imzalayıblar.

Axar.az RİA Novosti-yə istinadla xəbər verir ki, Özbəkistan Baş nazirinin birinci müavini Rüstəm Əzimovun bildirdiyinə görə, beynəlxalq donorlar qurumaqda olan Aral dənizinin xilası üçün 3 milyard dollar ayırıblar.

Oktyabrın 28-29-da Ürgəncdə (Özbəkistanın Aralyanı vilayət mərkəzi) "Aral dənizi hövzəsi regionunda ekoloji fəlakətin nəticələrinin yüngülləşdirilməsinə dair beynəlxalq konfrans" keçirilib.

Əzimovun dediyinə görə, konfransın nəticələrinə əsasən, Aralın Beynəlxalq xilası fondu, Özbəkistan hökuməi, özbək dövlət strukturları və bir sıra beynəlxalq təşkilatlar Aral faciəsinin nəticələri ilə mübarizəyə dair 30 müxtəlif sənəd imzalayıblar.

Qeyd edək ki, Orta Asiya düzənliyinin mərkəzində, Qazaxıstan və Özbəkistan sərhəddində yerləşən Aral dənizi 1960-cı ilədək sahəsinə görə dünyada dördüncü göl olub. Ancaq son 40 il ərzində dəniz demək olar ki, iki dəfə kiçilib, səviyyəsi 18 metr düşüb, suyun həcmi 5 dəfə azalıb, duzluluğu artıb, balıqlar məhv olub.

Tarix
2014.10.30 / 19:45
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada səfərdədir

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla