Yuxarı

Nazirlik gediş haqlarını qaldırmağa hazırlaşır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai nəqliyyatda gediş haqlarının artacağı xəbərləri ciddi həyəcan yaradıb. Bir neçə gündür ki, Nəqliyyat Nazirliyinin "iks" gününə hazırlaşması barədə məlumatlar dolaşmaqdadır. Nazirliyin 5 ay əvvəl Tarif Şurasına gediş haqqının artırılması ilə bağlı etdiyi müraciət reallaşa bilər. Mediada başlanan kampaniya da buna hesablanıb.

Axar.az-ın əldə etdiyi məlumata görə, qiymət artımı ilə bağlı əvvəllər qəfil açıqlama yayılırdısa, indi cəmiyyəti tədricən buna hazıraşdırmaq kursu seçilib. Yada salmaq yerinə düşər ki, nəqliyyat naziri Ziya Məmmədov da bu təklifləri əsaslandıran bəyanatlarla çıxış edib.

Məlumata görə, yeni ildən gediş haqlarının rəsmən qalxacağı gözlənilir. Xəbərlərdə deyilir ki, nazirliyin "iks" günü də məh 2015-ci ilin əvvəli ola bilər. İctimai nəqliyyatda kart sisteminin tətbiqinin də gələn ildən başlanacağı istisna olunmur.

NN-nin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərovun anonsu da gediş haqlarının artacağının ilk qaranquşu sayıla bilər. Nazirlik rəsmisi deyib ki, bəzi nəqliyyat xətlərində marşrutların gediş haqları qaldırılıb:

"Tarif Şurasının qərarı ilə 15-25 və 30-40 km-dək olan məsafədə hərəkət edən avtobuslarda gediş haqqı müvafiq olaraq 25 və 35 qəpik təşkil edir. Bu gediş haqqının dəyəri isə avtobusların getdiyi yolun, işlətdiyi yanacağı ödəmir. Avtobusların xarab olduğu halda isə təmir xərclərini də ödəmir".

Ə.Cəfərov söyləyib ki, qiymətlər artırılmayana qədər nəqliyyat sistemindəki bəzi neqativ hallar davam edəcək.

Tarix
2014.10.30 / 21:33
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla