Yuxarı

Şairə 100 min dollar atan şəxs ölkədən qaçdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şairə 100 min dollar atan şəxs ölkədən qaçdı

Yazıçılar Birliyinin üzvü, şair Saday Şəkərli məhkəmə qərarının icrasına nəzarət etməsi üçün Ədliyyə naziri Fikrət Məmmədova müraciət edib.

Bu barədə Axar.az-a şairin hüquqlarını müdafiə edən Səməd Vəkilov məlumat verib. Onun sözlərinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməli olan Vüqar Verdiyev vəzifəsini icra etməkdən yayınıb:

"Şirvan Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə borclu Yusif Veysəlov Saday Şəkərliyə 100 min ABŞ dolları məbləğində borcunu ödəməlidir. Qətnamə icra olunması üçün borclunun yaşadığı Kürdəmir Rayon İcra Şöbəsinə göndərilib. Orada işə məsul olan icra məmuru Vüqar Verdiyev qətnamənin qüvvəyə minməsindən 3 ay vaxt keçməsinə baxmayaraq, onun icrası ilə bağlı heç bir tədbir görməyib".

Hüquq müdafiəçisi icra məmurunun səhlənkarlığı nəticəsində Y.Veyslovun ölkəni tərk edərək xaricə qaçdığını bildirib:

"İcra məmuru Vüqar verdiyev borclunun ölkəyə giriş-çıxışına məhdudiyyət qoymalı olduğu halda qəsdən bu tədbiri gecikdirib. Bununla da Yusif Veysəlovun xaricə qaşmasına şərait yaradıb".

S.Vəkilov bu səbəbdən ədliyyə naziri Fikrət Məmmədova müraciət edərək Saday Şəkərlinin pul tələbinə dair icra işini nəzarətə götürməsini xahiş edib:

"Konstitusiyaya görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir".

Xatırladaq ki, şairlə əvvəllər dostluq edən Yusif Veysəlov iş qurmaq adı adı ilə ondan 150 min dollar pul alıb. Sonradan onu aldatdığını anlayan S.Şəkərli pulunu geri ala bilmədiyi üçün məhkəməyə müraciət edib. Şirvan Apellyasiya Məhkəməsi isə borcun 100 min dollar olduğunu tanıyıb və bu barədə qətnamə qəbul edib. Lakin şair hələ də pulunu geri ala bilməyib.

Tarix
2014.10.30 / 22:34
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Şimali Kiprin parlament sədri Azərbaycana gəldi

Qalibaf Azərbaycanda səfərdədir - Foto

Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

Hakan Fidan səfirimizlə görüşdü

Numan Kurtulmuş Azərbaycana gəldi

Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər Şuşada birgə nahar etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla