Yuxarı

“İRƏLİ”dən yeni layihə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İRƏLİ" İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə 31 oktyabr – 4 noyabr 2014-cü il tarixləri aralığında "Mənim Gənclər Təşkilatım" layihəsinə start verəcək.

"Mənim Gənclər Təşkilatım" layihəsi ümumilikdə gənclər təşkilatının quruculuğunu, onun strukturunun formalaşdırılması yönündə həyata keçirilən bir layihədir. Layihə çərçivəsində müəyyən bir gənclər təşkilatının tam şəkildə fəaliyyət göstərməsi və inkişaf etməsi üçün, lazım olan katibliklərdən ibarət komandalar formalaşacaq. Layihənin düşərgə formatında keçirilməsi nəzərdə tutulub.

Ümumilikdə gənclər təşkilatları mövcud olmayan 7 region gənclərini əhatə edəcək olan layihənin əsas məqsədi təşkilatın quruculuğu, onun strukturu, işləmə mexanizmi, idarə olunmasında yaxından tanış olunması, gənclərin iştirakı və maarifləndirilməsi, gənclərin layihədə iştirakını artırmaqla onların inkişafına dəstək olmaqdır. Həmçinin layihə çərçivəsində yeni təlim modulunun yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə "Mənim Gənclər Təşkilatım" layihəsinin keçirilməsi nəzərdə tutulub. Layihənin seçim prosesində "Ərizə Forması", psixoloji testlər, müsahibələr və telefon danışıqlarından istifadə olunacaqdır.
Xatırladaq ki, "İRƏLİ" İctimai Birliyi Azərbaycan Respublikasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan gənclər təşkilatıdır.

Tarix
2014.10.31 / 02:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla