Yuxarı

“Sanksiyalar Rusiyanın imperiya siyasətini dəyişməyəcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar ölkəni iqtisadi baxımdan çökdürə bilər, amma onun siyasətinə təsir edə bilməz".

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadiyyat komissiyasının üzvü, millət vəkili Əli Məsimli Rusiyanın yürütdüyü siyasətlə Qərbin ona tətbiq etdiyi sanksiyalar kontekstində ölkənin ümumi durumunu şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiyanın zaman-zaman həyata keçirdiyi siyasət iqtisadiyyatı ilə deyil, daha çox dövlətin mahiyyəti ilə bağlıdır:

"Yəni Rusiyada həyat səviyyəsi heç vaxt yüksək olmayıb. Bu, eyni zamanda Rusiyaya yaxın ölkələrin hamısında belədir. Rusiya iqtisadiyyatında gedən mənfi tendensiyalar Rusiyanın qonşu ölkələrə qarşı yeritdiyi siyasəti ertələyə bilər, ancaq bunun qarşısını ala bilməz. Sanksiyaların tarixinə baxsaq, görərik ki, bu yol tətbiq olunan ölkənin iqtisadiyyatını zəiflədir, amma tutduğu yoldan döndərə bilmir. Məsələn, İrana tətbiq olunan sanksiyalar bu ölkənin nüvə təcrübələri keçirməsinə heç vaxt mane ola bilmədi. Rusiya da enerji daşıyıcı dövlətdir. Düzdür, ölkənin xarici borcları əldə etdiyi valyutaları üstələyir. Bu da təbii ki, iqtisadiyyat üçün çox ciddi problemlər yaradacaq. Rusiyanın dövlət kimi borcu azdır, amma şirkətlər vasitəsilə zəmanətlə alınan borclar xeyli dərəcədə yüksək olduğundan bu, birbaşa ölkənin iqtisadiyyatına ciddi təsir edəcək. Ancaq inanmıram ki, Rusiyanın siyasətini dəyişmək mümkün olsun. Nə qədər ki, Rusiyanın imperiya mahiyyəti dəyişməyib, demokratik dövlətə çevrilməyib və Moskva qonşuluqdakı ölkələrə beynəlxalq normalara uyğun davranmayıb, sanksiyalar imperiya siyasətinin qarşısını almağa kömək edə bilməyəcək".

Tarix
2014.10.31 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla