Yuxarı

Yanıq Mərkəzinin qalmaqallı həkimindən sərt ittiham - Özəl

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən mənə göstərilən etimadı və işləri çox yüksək qiymətləndirirəm".

Bu sözləri Respublika Yanıq Mərkəzinin sabiq baş həkimi, səs-küylü istefası ilə gündəmə gələn gənc alim Vüqar Ələkbərov Axar.az-a deyib.

V.Ələkbərov problemlərdən danışaraq qeyd edib ki, Yanıq Mərkəzində spesifik olan analizlərdən - albumin, elektrolitlər, infeksiyalar və mikrobioloji laboratoriya yoxdur:

"Tənəffüs aparatları, UZİ, rentgen yoxdur. Bunlar hər gün olunması gərəkən analizlərdir. Hər nə qədər cəfəngiyyat adlandırılsa da, öz gözlərinizlə görmə şansınız var. Nazirlik tərəfindən məcburi olan əməliyyat qabağı analizlər olunmur. Bu haqda tədbirlərin görülməsi isə tamamilə baş həkimliyin öhdəsindədir".

Sabiq müdir çox zaman işdə olmaması haqda deyilənləri təkzib edib:

"Mən xaricdə təhsil almış bir həkim olaraq hər ay başqa ölkələrdə konqreslərdə iştirak edirəm. Avqustda toyum olduğuna görə 15 gün məzuniyyətdə olmuşam".

V.Ələkbərov istefa verdikdən sonra çoxlu təkliflər aldığını söyləyib. O, sabiq deputat Nazim Məmmədovun klinikasında işləmək təklifi almadığını bildirib:

"Nazim Məmmədovun "Loğman" klinikasından heç bir təklif gəlməyib. Hazırda Baku klinikasında işlərimə davam edirəm. Buradakı şəraitdən çox razıyam və Azərbaycanda plastik cərrahiyyə üzrə mükəmməl xidmət verəcəyimizə inanıram".

Qeyd edək ki, oktyabr ayının 21-i Vüqar Ələkbərov Respublika Yanıq Mərkəzinin müdiri vəzifəsindən istefa verib. O, istefasını mərkəzdə baş verən rəzilliyə dözməməsi ilə əsaslandırıb.

Bundan sonra isə sabiq millət vəkili Nazim Məmmədov sosial şəbəkədə yazdığı statusda onu öz klinikasında işə dəvət edib.

Tarix
2014.10.31 / 08:30
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla